Hazırladı və Göndərdi: Əli Ağacanlı



Kainatda günəşdən dəfələrlə böyük milyardlarla ulduzun mövcudluğu insanoğlunu bu qədər narahat etmədiyi halda niyə məhz qara dəliklər qorxuya çevrilib deyə sual yarana bilər, əlbəttə təkcə ona görə yox ki, adı tükürpərdici və həyacanvericidir.


Bir çoxumuz gecə ay işığında səmanı seyr edərkən ulduzların sayrışmasından ilhamlanaraq xoş anlarımızı yada salıb rahatlıq tapmağa çalışırıq, bizlərdən fərqli olaraq, beynində yaranan qəribə suallar onu ulduzların sirlərini düşünməyə vadar etdi.

O, ulduzlarla dərindən maraqlanan John Wheeler (1911 -2008) idi. İlk dəfə 1968-ci ildə “ulduz sönərsə nə baş verər?” – Sualına qara cisim yox, məhz “qara dəlik” adını verdi.

Bir ulduz öldükdən artıq maddələr mərkəzə çökür, bir çay qaşığı qədər maddənin kütləsi dağlar qədər ola bilir, bükülmüş sahə mərkəzə doğru kəskin surətdə əyilərək mərkəzində qara cisim olan qara dəlik meydana çıxarır. Cazibə qüvvəsinin hədsiz dərəcədə artması hətta işığı belə özünə doğru çəkirdi. Bu adlandırma rəğbət qazandı, nəzəri olaraq kəşf edildi və ən sonunda da kainatdakı varlıqları təspit olundu.



Bütün bunlar kvant fizikasına nəzər salmadan uğurla nəticələndi. Əslində Wheeler, kvant fizikasının dünyanı bir gün qara dəliklərdən qurtaracağını ümid edirdi. Maddə və enerjinin bir nöqtəyə sığışa bildiyi bu əcaib varlıqlara inanmaq istəmədiyini vurğulamışdı. Düşünürdü ki, həyatının sonuna yaxınlaşan bir nəhəng ulduz qara dəliyə çevrilmədən daha kiçik bir cisim olacaq şəkildə çökə bilərdi. Bütün bunlara baxmayaraq, onun bir qaçış yolu olaraq düşündüyü kvant araşdırmaları uğursuz nəticələndi.

Ən sonunda qara dəliklərin yetərincə böyük kütləyə sahib “soyuq, qaranlıq maddənin” qaçınılmaz taleyi olduğu nəticəsinə gəldi.



Kvant fizikası, qara dəlik hekayəsinə daha ötəri bir yol izləyərək təkrar daxil oldu. Qara dəliklər ilk dəfə ciddi araşdırmaların mövzusu olduğu zaman, nəzəri hesablamalar onların çox bəsit varlıqlar olduglarini iddia edirdi. Bir qara dəlik formalaşdırmaq üçün çökən (və ya sonradan qara dəliyin içinə çəkdiyi) maddənin xassələləri, lepton və baryon nömrəsi, kvark növləri və başqa bu kimi hər nə olarsa olsun yox olurdu.

Bu ümumilikdə məlumat itgisi kimi adlandırılır və bu gün belə fizikçilər məlumatın qara dəlikdən yox olduğunumu, yoxsa gələcəkdə ola biləcək bir geri sıçrayış üçün ehtiyatamı yığıldığı mövzusunda fərqli fikirlərə sahibdirlər.



Wheeler çılğıncasına qara dəliklərin görünən qəribə açıq-saçıqlığını “qara dəliklərin saçı yoxdur” deyərək vurğulamışdı.

Richard Feynman (1918-1988) isə bu ifadəsinə görə WHEELER sərt tənqid etmişdir. Bir otaq dolusu insan, keçəl olmayıb saçları olsa daha rahatlıqla tanınaraq ayırd edilərdilər. Yenə də Wheeler “saçsız” qara dəliklərin varlığından narahat idi.



Qara dəliklərin ən qaranlıq yanlarından biri enerji yayması idi (şüalanması): Mexanizma necə işləyir?

Bir nəhəng ulduz qara dəliyə çevrilərsə, günəşdən bir neçə dəfə böyük, günəş qara dəliyə çevrilərsə bir neçə km, Yupiter qara dəliyə çevrilərsə bir neçə metr, nəhayət yer kürəsi qara dəliyə çevrilərsə bir neçə sm böyüklükdə (təxminən tennis topu ölçüsündə) diametrə sahib olacaqları düşünülər.

Qara dəliklərin ölçüsü böyük olduqda onların enerjisi (mütləq sıfırdan milyardda bir qədər böyük) və şüalanması çox kiçik olur, şüalanma o qədər kiçik olur ki, hətta kütləsində heç bir azalma baş vermir. Ölçüsü az olduqda enerji və şüalanması artır. Əgər atom altı dünyada qara dəlik mövcud olsaydı, enerjisi o qədər böyük olardı ki, qısa müddətdə partlayaraq enerji halında kainata yayılardı.



Bu suala kvant fizikası, Hawking şüalanması aydınlıq gətirdi. Virtual hissəcikləri, qeyri-müəyyənlik pirinsipi və maddələrin dalğa təbiəti nəzərə alındıqda qara dəliklərin sərhədləri bir sərhəd olmaqdan çıxırdı. Qara dəliyin üfüqi yaxınlığındakı sərhədlərdə virtual hissəcikləri təsəvvür edin. Normalda bu zərrəciklər kosmosda hər zaman öz-özünə yaranıb anidən yox olurlar (bir-birini yox edirlər, üstəlik əks işarəlidirlər).

Üfüqə yaxın yarandıqda isə hissəciyin biri qara dəliyin daxilinə çəkilir, digəri isə kosmosun boşluğuna doğru sürgün edilir. Bütün bunları qara dəlikdəki təsəvvür edilməyəcək qədər böyük gücə malik cazibə qüvvəsi edir.



Bir-birindən ayrılan və sürgünə göndərilən bu zərrəciklər nədir?

İlk öncə əksəriyyəti fotondur. Qara dəliyin temperatu yalnız sıfır kütləli zərrəciklər yer ala biləcəyi kiçiklikdədir.Demək olarki Stephen Hawking (1942) şüalanması elektromagnit şüalanmasıdır, ən azından qara dəlik son dərəcə kiçilib enerjisi artanadək. Sonda isə daha ağır kütləli zərrəciklər də virtual zərrəciklər yaşadığı ayrılıq hekayəsini təkrarlaya bilərlər.Belə bir şüalanmaya görə qara dəliklərin ətrafı parlaq olur. Qalaktikların mərkəzində nəhəng qara dəliklər mövcud ola bilər, mərkəzin parlaqlığı da buna əsaslanır.



1970 ci illərdə Stephen Hawking və həmkarları tərəfindən qara dəliklər araşdırmasından əldə edilən nəticələr maraqlı olmaqla yanaşı, gündəmin mövzusu olan Bing Bang (böyük partlayış) mövqeyini daha da möhkəmləndirdi.

Bunu sadə izahdan desək, Hawking həmkarı Roger Pernosun (1931) hesablamaları onu içinə düşdüyü böyük dərdə xilas etdi. Kainatın bir hissəsinin qara dəliyə rast gələrək yox olması, kainatın geri qalanının başlanğıcda ondan yaranma düşüncəsini təsdiqlədi. Hawking kainatın kiçik nöqtədən yaranma nəzəriyyəsi təsdiqlənsədə, səbəbi açıqlana bilmədi və elm dünyasına qaranlıq olaraq qaldı.



Hawking də iştirak etdiyi Vatikandakı bir konfransda Roma papası, yaradılışdan sonrakı zamanı araşdıra bilərsiniz, amma kainatın başlanğıcını sorğulayan bilməzsiniz; çünki o yaradılış anıdır, Tanrının işidir dedi. Hawking bir seminarında dediyinə görə, onun bəxti gətirmişdi çünki papa, onun konfransa kainatın yaradılışı adlı mövzu ilə qatıldığından xəbərsiz idi.



Kainatı vəsvolunmaz zirvəyə və aydınlığa daşıdığına görə ağılalmaz suallara borcluyuq. Yeniliklər o zaman təzəhür edir ki, cavabsız sualların cavablarına olan ehtiyac hədəfə çevrilsin. Kim bilir gələcəkdə hansı suallar yaranacaq və hədəfləri tez ya da gec bərqərar olacaq.

Çünki, fürsətlər onları görəcək insan sayından dəfələrlə çoxdur