Kakapolar, (Mauri dilində “gecə tutuquşusu” mənasına gələn söz) Yeni Zellandiyanın nəmli torpaqlarında yaşayırlar. Ümumiyyətlə, kakapolar yaşılımtıl bir rəngə sahibdirlər. Təəssüf ki , nəsli tükənmə təhlükəsiylə qarşı-qarşıyadır, lazımlı tədbirlər alınmazsa bu quşların nəsli kəsilmək üzrədir. Kakapoları, digər canlılardan ayıran, onları digərlərindən fərqli edən xüsusiyyətləri onların dünyanın ən uzun yaşayan tutuquşusu olmalarıdır. Dünyanın tək uça bilməyən tutuquşusu da kakapolardır . Kakapolar, yavaş hərəkət edərlər və uça bilmirlər, müdafiəsiz quşlardır. Diqqət çəkici qoxuları vardır, buna görə daha asan ov olurlar. Bioloqlar, 1982-ci ildə nəsli tükənməyə başlayan bu növ ilə yaxından maraqlanıb, geriyə qalan bütün tutuquşuları yığıb onları bütün məməlilərdən təmizlənmiş uzaq adalara daşıdılar.

Kakapo’dan dünyada yalnız 126 quş qaldığı Beynəlxalq Təbiət Qoruma Birliyinin 2012-ci ildə etdiyi araşdırma nəticəsində ortaya çıxmışdır.