Dünyanın ən gözəl və ən təmiz ölkələrindən biri olan Kanada, bir çoxumuzun xəyallarında olan, ən çox gedib görmək istədiyimiz ölkələrdən biridir. Bu postumuzda da Kanada haqqında maraqlı məlumatları və bilinməyənləri sıraladıq.

??  Kanada, Rusiyadan sonra dünyanın ən geniş torpaqlara sahib ikinci ölkəsidir.


??  Beysbol əlcəyi 1883-cü ildə Kanadada icad edilmişdir.


??  Dünyanın ən kiçik həbsxanası Rodney Ontario Kanadada yerləşir. Bu həbsxana 24.3 kvadrat metrdir.


??  United Nation Human Development Index’ə görə Kanada dünyanın ən yüksək həyat standartlarına sahib ölkəsidir.


??  Kanada, dünyanın ən təhsilli ölkəsidir. Əhalisinin yarısından çoxu ən az universitet məzunudur.

??  Kanadada ölçülən ən aşağı tempratur -63 °C ilə 1947-ci ildə qeydə alınmışdır.


??  Churchill, Kanadada yaşayanlar nəqliyyat vasitələrinin qapılarını kilidləmirlər, bunun səbəbi ətrafda qütb ayılarıyla qarşılaşanlara gizlənmək şansı verə bilməkdir.


??  Kanadada olan göl sayı, dünyanın digər hissəsində olan göllərin ümumi sayından daha çoxdur.


??  Şimal-qərbi Kanadadakı yol işarələri qütb ayısı şəklindədir.


??  2010-cu ildə Kanadada doğumdan dərhal sonra zibilə atılmış bir körpəni xilas edən adam körpənin atası çıxmışdı.

??  Kanada 220 min 80 kilometr ilə dünyanın ən uzun sahilinə sahib ölkəsidir.


??  Newfoundland, Kanadada qış fəslində donan Atlantik Okeanının üzərində buz xokkeyi oynanılır.


??  Hər il Milad zamanı 1 milyon məktub Şaxta Baba’ya çatdırılması üçün Kanadaya yollanılır.


??  1,896 kilometr uzunluğundakı Yong Prospekti, dünyanın ən uzun prospektidir.

??  ABŞ və Kanada arasındakı sərhəd dünyanın iki ölkə arasındakı ən uzun quru sərhədidir.


??  II Dünya Müharibəsi zamanı Pearl Harbor hücumundan sonra Kanada, Yaponiyaya ABŞ-dan əvvəl müharibə elan etmişdir.


??  “Kanada” yerli dilində (iroqu) kənd mənasını verməkdədir.


??  Kanadanın böyük hissəsində dünya digər hissələri ilə müqayisədə daha zəif cazibə qüvvəsi var.


??  Amerikalılar Kanadanı 1775 və 1812-ci illərdə iki dəfə işğal etmək istəmiş, hər ikisində də məğlub olmuşlar.


??  Kanada, Venesuela və Səudiyyə Ərəbistandan sonra dünyanın ən böyük üçüncü neft ehtiyatına sahib ölkəsidir.

??  Sovetlər Birliyi və ABŞ-dan sonra kosmosa çıxan üçüncü ölkə Kanadadır. 1962-ci ildə Kanadanın kosmos proqramı dünyanın ən inkişaf etmiş proqram olaraq tanınırdı.


??  Dünyanın ən böyük ikinci ölkəsi Kanadanın ümumi əhalisi Tokionun əhalisindən daha azdır.


??  Pamela Anderson, Leonard Cohen, Avril Lavigne, Keanu Reeves və Jim Carey Kanadalıdır.


??  Kanadada evlərə girib yemək oğurlayan qütb ayıları üçün bir həbsxana var.