Gözəl olmaq hər dövrdə əhəmiyyətli bir anlayış olmuşdur. İndi belə xüsusilə qadınlar gözəlliklərini qorumaq üçün min cür əzaba qatlanmırlarmı? Amma keçmiş zamanlarda bu işlər daha çətin imiş. O dövrdə istifadə olunan məhsullar hal-hazırda bizlərə qorxunc gəlsə də, tək bir məqsəd var idi, daha çox gözəlləşmək!.. Aşağıdakılar qəribə və qorxunc gözəllik məhsullardan bəziləridir…


1. Üzdəki çilləri yox etmək üçün istifadə edilən karbon ilə dondurma müalicəsi… Elektrikli kürsüyə bağlanmış məhkum hissi verir, elə deyilmi?



2. 1920-ci illərin feni… Həddindən artıq böyük alət imiş…



3. Daimi perma tətbiqi ilk dəfə 1929-ci ildə Almaniyada edilmişdir.



4. Max Factor (fotoşəkildəki bəy) tərəfindən icad edilən “doğru makiyaj etmə maskası”. Bir az qorxuducu görünür.



5. 1940-cı illərdə istifadə olunan bu qorxunc maska, üzə istilik verərək dərinin daha nəmli və canlı görünməsini təmin edirmiş.



6. Arıqlama üsulu olaraq istifadə olunan masaj kresloları… Nəhəng metal yaylarla ayaqlara masaj edərək ayaqların incəlməsini təmin edir(miş).



7. 1940-cı illərdən başqa bir qorxunc gözəllik maskası…



8. Günəş kremləri icad olunmamışdan əvvəl insanlar özlərini günəşdən bu cür kostyumlar geyinərək qoruyurmuş. Kostyumun eynəyi belə var. 🙂



9. 1950-ci illərdə perma etdirən bir qadın.



10. Bu möhtəşəm maska ​​o dövrlərdə dəriyə çəhrayilik qazandırmaq üçün istifadə olunurmuş.



11. 1920-ci illərdə “gözəllik” maskası taxan iki qadın. Taxdıqları kauçuk maskalarla qırışların azaldılması çabasındadırlar.



12. Yenə Max Factor tərəfindən icad olunan, buz maskası. İçinə su doldurularaq buzluqda saxlanılan maska, dərinin daha canlı görünməsini təmin edirmiş. O dövrlərdə xüsusilə Hollywood ulduzları tərəfindən çox istifadə olunurdu.