Kitablardakı süjet xəttini film kimi izləmək imkanımızın olduğu üçün çox şanslıyıq. Təqdim edəcəyimiz bu 5 film kitab əsasında çəkilmiş ən yaxşı filmlərdəndir. 🙂

At First Sight (IMDb 5.9)

Film Nikolas Sparksın eyni adlı əsəri əsasında çəkilmişdir. Varlı memar olan Amy iş həyatından uzaqlaşmaq üçün istirahət etməyə qərar verir. Tətilini oteldə keçirən Amy təsadüfən Virgillə tanış olur, onun gözlərinin görməməsinə rəğmən ona aşiq olur. Amy Virgilin göz əməliyyatına getməsi üçün təkid edir. Virgil bu mövzuda qərarsız olduğu üçün razılaşmaq istəmir…

The Blind Side (IMDb 7.7)

Ailəsi ilə problemləri olan kasıb Michael-ın həyatı küçələrdə keçir. Məktəbdə uğursuz, dostlarının yanında da sevilməyən biridir. Bir gün varlı ailə onu övladlığa götürür. Bununla da, Michael-ın həyatı tamamilə dəyişir.

Apollo 13 (IMDb 7.6)

Ən yaxşı astronavtların olduğu Apollo 13 komandası Aya səyahət üçün hazırlaşır. Heyət tam hazır olduğunu düşünür. Yola çıxarkən hər şey qaydasında imiş kimi görünür, ancaq anidən qəza baş verir və oksigen tükənir. Xəyalı Aya getmək olan insanlar indi həyatda qalmaq üçün çalışırlar.

The Basketball Diaries (IMDb 7.3)

Lisey şagirdi olan Jim basketbol oynamağı çox sevir. Məktəbin basketbol komandasının ən bacarıqlı və lider oyunçusudur. Tək arzusu isə daha məşhur olmaqdır. Amma xəyallarını suya ataraq narkotik tərəfə yönəlir… Daha sonra bu bəladan qurtulmaq üçün çalışır.

Bully (IMDb 7)

Qəsəbədə yaşayan Bobby və Marty uşaqlıqdan bəri dostluq edirlər. Ancaq heç vaxt normal iş görmürlər. Bəzən oğurluq edirlər, bəzən narkotik satırlar. Bir gün bu iki dost Ali və Lisa ilə sahildə görüşürlər. Bobby Ali-ni alçaldır, amma bu əsnada Lisa Marty-ə aşiq olur. Bobby bundan xəbərsizikən, onların sevgisi bütün ssenarini dəyişir…

Filmləri və saytımızı izləməyi tövsiyə edirik. 🙂