Kivi, tərkibində yüksək C vitamini olduğu üçün çox xüsusi bir meyvədir. Kivini yeməkdən sonra yediyiniz zaman mədənizdə şişkinlik ya da həzmsizlik hiss etməzsiniz. Bununla bərabər, kivini dəri baxımında da istifadə edə bilərsiniz. Kivinin tərkibində olduqca çox olan turşular dərinizin yenilənməsinə köməkçi olar. Kivinin içində olan turşular dərinizin ölü təbəqəsini soyar. Pilinq təsiri olan kivi eyni zamanda dərini yumşaldır və qidalandırır. Dərinizdə yaranan yüngül ləkələri və pilinq təsiri sayəsində qara nöqtələri azaldır. Dərinizdən ölü dəri atıldığı üçün yenilənir. Kollagen sintezi canlanır, içdən xaricə doğru elastiklik artır. Kivinin antibakterial xüsusiyyəti də vardır ki, bu səbəblə sızanaqlı dəri üçün də məsləhət görülür.