Çoxumuzun bildiyi kimi 13 yanvar köhnə yeni il kimi qeyd edilir. Bu daha çox keçmiş Sovet ölkələrində qalmış bir adətdir. Bəs bunun səbəbi nədir? Nəyə əsasən bu tarix var? İndi sizi məlumatlandıracam!

1700-cü ilə qədər Rusiya imperiyasında hər kəs fərqli tarixlərdə yeni ili qarşılayırdı. Bəziləri martda, gecə ilə gündüz bərabərləşəndə, bəziləri isə sentyabrda qeyd edirdi. Daha sonra bir tarix qeyd edildi – 1 Yanvar! Bu tarixdə hər kəs bayram üçün hazırlaşırdı. Elə o dövrdən də hər kəs qapısının ağzında olan hər hansı bir ağacı özü bildiyi kimi bəzəyirdi. Hamı bir-birinə hədiyyələr edirdi, bir-biri ilə təbrikləşirdi.

Bəs tarix nəyə görə dəyişdi?

Çevrilişdən sonra Sezar təqviminə keçən Rusiyada tarixlər yaman qarışdı. İki təqvim arasında 13 günlük bir fərq var idi. Elə bu səbəbdən yeni ili 13 yanvardan qeyd etməyə başladılar.

Daha sonra hər şey dəyişsə də bir neçə ölkədə həmən gün qeyd edilir. Hətta bu günün Xristianlıqla bağlandığı da deyilir.