“The Times” qəzeti öz şəxsi arxivindən köpək balığının mədəsindən tapılmış ən qeyri-adi tapıntılar barədə məlumat vermişdir.

  1. 1821-ci ildə qəzetdə yem əvəzinə metal dollardan istifadə edərək balıq tutmağa çalışan dənizçi haqqında yazılmışdır. “4 gündən sonra 300 mil məsafədə onun yoldaşları mədələrində metal dollarlı üç qarmaq aşkar edilən köpək balığı və delfin tutmuşlar”- qəzet məlumat verir.

  2. Bir qoyun, buzovun başı və ayaqları, krab və hansısa müəmmalı “dəniz bayquşu” –  1823-cü ildə tutulmuş köpək balığının mədəsində tapılanların siyahısı belədir.

  3. Elə həmin il bir köpək balığının mədəsində 6 funtluq top nüvəsi tapmışlar. Müəllif güman edirdi ki, bu nüvə ölmüş bir adamı dənizdə dəfn etmək üçün bərkidilmişdir, lakinköpək balığı meyidi öz yükü ilə birlikdə yemişdir.

  4. Özünü neytral gəmi kimi qələmə verən Amerikanın “Nensi” gəmisindən olan sənədlər – Amerika inqilabı dövründə britaniyalı dənizçilər tərəfindən köpək balığının qarnından tapdıqları. Maraqlıdır ki, balığın qarnını kapitanın əmrinə əsasən yarmışlar.

  5. “Bu nəhəng köpək balığının yeddi sıra dişi olmuşdur ki, onlardan üç sıra yuxarı damaqda yerləşmişdi… Onun qarnından yarıçürümüş, yaxşı geyinmiş ortaboylu kişi meyiti tapılmışdır. Əynində sədəf rəngli düyməsi olan ağ köynək, ipək alt köynəyi, pambıqdan olan corablar, təzə ayaqqabılar var idi” – 1856-cı ildə Yeni Orleandan verilmiş reportajda belə deyilirdi.

  6. Qasırğa “Yutlandiya” paraxodunun yelkənində ikinci maşinist Teytə məxsus olan qazı aparmışdır. Qazın ayağında onun sahibinin adı və ünvanı olan birka bərkidildiyindən, onu köpək balığının mədəsindən tapmış balıqçılar Teytə qaytarmışlar, o isə qazı qızardaraq yemişdir.

  7. Brisbeyndə nəhəng köpək balığının qarnından qoyun dərisi və qeyri-adi dərəcədə böyük olan krab da daxil olmaqla çoxlu sayda əşyalar tapılmışdır.

  8. Fiumda tutulmuş köpək balığı haqqında deyilir: “Onun mədəsindən ayağında ayaqqabılar olan iki insan pəncəsi tapılmışdır”.

  9. 1922-ci ildə köpək balığının qarnından diri tısbağa çıxarılmışdır. Onu Nyu-York akvariumuna vermiş və “İona” adlandırmışlar.

  10. Sidney akvariumuna canlı köpək balığını gətirən vaxt o, ağzından tatuirovkası olan insan əli püskürmüşdür. Tatuirovka və barmaq izlərinə görə müəyyən etmişlər ki, “bu əl polisin versiyasına görə öldürülmüş və dənizə atılmış Ceyms Smitin əlidir” -qəzet bildirir.