Qeyd: Lənətli hekayələri ilə məşhur oyuncaq körpələrə aid postumuzun 1-ci hissəsini oxumaq üçün buraya tıklayın…


Alice

Vaşinqtonda (ABŞ) yaşayan sahibinin evində saxladığı Alice, sahibinə onun nənəsindən miras qalmışdır. Mirasın bir hissəsi də nənənin nəvəsinə ” Alice’in içində mənim ən yaxşı dostumun ruhu yaşayır ” sözləri olmuşdur. Alice’ə qulağınıza yaxınlaşdırsanız, ” Yalnız qalmaq və acı çəkmək istəyirəm ” deyə pıçıldadığını eşidə bilərsiniz, siz otaqda gəzərkən oyuncağın bir küncdən gözləri ilə sizi təqib etdiyinin də fərqinə vara bilərsiniz. Hətta deyilənə görə, oyuncaq körpənin üz ifadəsi otağa girən insandan asılı olaraq dəyişir..!


Letta

Letta’nı qorxuducu edən iki xüsusiyyəti var; birincisi Romalı qaraçı ata tərəfindən, kiçik oğlu öldükdən sonra hazırlanmış olmasıdır. Digər xüsusiyyəti isə Letta’nın saçlarının, gerçək insan saçı olmasıdır. Bundan əlavə Letta’nın taxtadan hazırlanmış başının içində gerçək bir insan beyni qurudularaq yerləşdirilmişdir. Kukla istehsalında belə manyakca üsullardan istifadə edilən Letta’nın öz-özünə hərəkət etməsi, çölə çıxarıldığı zaman yağış yağması kimi paranormal hadisələrin də yaşanması qaçınılmaz olur təbii ki …


Peggy

Peggy, paranormal hadisələr mütəxəssisi olan Jayne Harrisin evinə adsız bir poçt bağlaması ilə gəlmişdir… Jayne Harris, o gündən bəri tez-tez kabus gördüyünü söyləyir; təbii paranormal hadisələr mütəxəssisi olduğu üçün də oyuncaq körpəni ata bilmir. Bundan əlavə Peggy’nin başqa maraqlı bir xüsusiyyəti də vardır. Jayne Harrisin qoyduğu Peggy videolarını izləyən insanlarda müxtəlif səviyyələrdə baş ağrıları və narahatlıqlar müşahidə edilir. Hətta ilk videonun izlənilməsindən sonra 80 adam ‘bu videonu izlədikdən sonra şiddətli başım ağrıdı ” şikayəti ilə xəstəxanalara müraciət etmişdi.


Robert Eugene Ottonun oyuncaq körpəsi

Floridadakı muzeylərin birində sərgilənən oyuncaq körpə, əslən Robert Eugene Otto’ya aiddir. Otto hələ uşaqkən başlamışdır bu oyuncaq körpənin hekayələri: Qonşuların ‘ oyuncaq körpə pəncərədə hərəkət edir!’ deyə polis çağırmasından tutmuş, evdəki baxıcının güldanı oyuncaq körpənin qırdığını iddia etməsinə qədər fərqli hekayələr yaşanmışdır… Robert Eugene Ottonun ölümündən qısa bir müddət sonra, kiçik bir qız uşağı tərəfindən tapılan oyuncaq körpə, kiçik qızın söylədiyinə görə onu öldürməyə çalışmışdır. Robertin oyuncaq körpəsinin başqa bir xüsusiyyəti də var: Ondan icazə almadan muzeydə fotoşəkilini çəksəniz, lənətlənirsiniz. Təbii ki, nə qədər gerçək olduğunu bilmirik… ,amma muzey divarları icazəsiz fotoşəkil çəkənlər tərəfindən Robertin körpəsinə yazılmış üzr məktubları ilə doludur.


Harold

Harold əslində bütün bu lənətli körpə əfsanələrinin yenidən gün üzünə çıxmasının səbəbidir… Hekayə belədir; 2003-ci ildə eBayda ‘Lənətli Oyuncaq’ olaraq satışa çıxarılan Harold’u, bir nəfər satın alır. Harold’un yeni sahibinin evində, Harold evə gəldikdən qısa bir müddət sonra bir-birinin ardınca iki ölüm gerçəkləşir. Bundan sonra oyuncaq körpənin həqiqətən lənətli olduğuna inanan sahibi, Harold’ı bir çamadana kilidləyir. Çamadana kilidləndikdən sonra isə evdəki qəribəliklər daha da artır. Bundan sonra sahibi çamadanı açır, ev normal halına dönür.. Yaşadığı bu təcrübələrdən sonra, Harold’ın sahibi bir vebsayt qurub bütün lənətli oyuncaq körpələri araşdırmağa başlayır.


Annabelle

Bu Raggedy Ann oyuncağının hekayəsindən 2 il əvvəl bir filmdə istifadə olunmuşdur. Maraqlananlar üçün qeyd edək ki, The Conjuring Annabelle’in hekayəsindən bəhs edən həmin filmdir.