Retba Gölü ya da Lac Rose, Seneqalda Cap-vert yarımadasının şimalı boyunca uzanır. Seneqalın paytaxtı olan Dakar şəhərinin şimal şərqində yerləşir. Adını suyunun çəhrayı olmasından almışdır, çəhrayı olmasının səbəbi içində olan Dunaliella Salina adındakı su yosunudur. Gölün rəngi quraq iqlimlərdə olduqca açıq görünür. Göl eyni zamanda yüksək faizdə duzlu olması ilə də bilinir – təxminən 40%. Eynilə Ölü Dəniz kimi Retba Gölü də insanların su səthində asanca dayanmağını təmin edir. Yüksək miqdarda duz ehtiva etməsi sənayeyə müsbət təsir edir. Şəhərdə keçirilən Dakar Rallisinin də bitmə nöqtəsi olaraq Retba Gölü təyin olunmuşdur.