Lionel Messinin futbolundan çıxarıla biləcək həyat dərsləri

223

    Dünyaca məşhur futbolçu Lionel Messinin ulduzu, əslində 2005-ci ildə parlamışdı. Fifa 20 Yaşdan aşağı gənclərin Dünya Kuboku final qarşılaşmasında, Nigeriyaya qarşı oynayan Argentina komandasında forma geyinirdi. Hər kəs Nigeriyanın kuboku qaldırmasını gözləyərkən, gənc futbolçu bir anda ortaya çıxıb oyunun taleyini dəyişdirmişdi.

    Topa elə nəzarət edirdi ki, izləyicilər futbolun onun bədəninin bir parçası olduğunu sanırdı. Lionel Messi həmin gün həm onu izləyənləri, həm də rəqib komandadakı oyunçuların diqqətini öz üzərinə cəmləyərək, Nigeriya komandasının əlindən gələnin ən yaxşısını etməsinə baxmayaraq kuboku Argentinaya qazandırmışdı.



Dünya futbolu, Lionel Messini o yarışdan sonra daha yaxından tanıdı. 10 ildir bütün futbol sevərləri özünə heyran qoyan Messi, yalnız oynadığı futbolla deyil, qabiliyyəti və nizam-imtizamı ilə də önə çıxır. Biz də Bildirchin.az olaraq Lionel Messinin futbolundan çıxara biləcəyimiz dəyərli həyat dərslərini sıraladıq:


1. Potensialınızı qiymətli bir nöqtəyə daşıyana qədər çalışın.

Potensial, əslində içinizdə var olan ancaq hərəkətə keçmədiyiniz zaman gizli qalan bir qabiliyyətdir. İçinizdəki bu potensialı ortaya çıxarmadığınız müddətcə, heç kimdən bunun üçün bir qarşılıq istəyə bilməyəcəksiniz. Messinin məşq videolarını izlədiyiniz zaman, üzərinə ağırlıq bağlayıb bu şəkildə qaçdığını görərsiniz. Bu iş sayəsində, meydanda bir çox oyunçudan daha sürətli qaça bilir.

Sürət, doğru atış, pas vermə, bunların hamısı olduqca ovsunlayıcıdır, ancaq hamısının arxasında gərgin iş intizamı yatır. Lionel Messi böyük potensialı və qabiliyyətləri olan bir futbolçudur lakin o, bu qabiliyyətinə güvənib oturmaq yerinə potensialını dəyərli bir qabiliyyətə çevirmək üçün var gücüylə çalışır. Siz də eynisini edə bilərsiniz. Sahib olduğunuz qabiliyyətləri, intizamlı və gərgin çalışmaqla kariyeranızda müsbətə çevirib, özünüzə dəyər qata bilərsiniz.


2. Bir hədəf təyin edin və ona çatmaq üçün əlinizdən gələni edin.

Barselona komandası Messini qrupuna qatdığı zaman, heç kim ondan tək bir mövsümdə 60 qol atmasını gözləmirdi. Ancaq o özünə bir hədəf təyin etdi və bu hədəfinə çatdı. İllər keçdikcə futbol kariyerasında bir çox mükafat qazandı ancaq onun ən önəmli xüsusiyyəti, hər zaman daha yüksəyi hədəfləməsi idi.


3. Bir şeyin mütəxəssisi olun.

Messi bu gün dünyada tək bir şeylə tanınır; o da ki, futbol. Mühəndislik təhsili almış bir musiqiçi və ya futbolla məşğul olarkən moda dizaynerliyinə başlamış biri deyil. Həftənin iki günü sahibi olduğu şirkətləri idarə edib, qalan günlərdə futbol oynayan biri də deyil. Onu zəiflətmə ehtimalı olan bir çox şeyə bölünmüş biri də deyil.

O bir futbolçudur və yalnız futbol oynayır. Siz də həyatda nəyi etmək istəyirsinizsə onu edin və o mövzuda ən yaxşı olmaq üçün cəhd edin. Henry Fordu və ya Michael Jacksonu düşünün. Bu şəxslərin hamısı, həyatda etdikləri tək bir şeylə məşhurdurlar və müvəffəqiyyətlərinin arxasındakı səbəb də budur. Eyni anda birdən çox şey edə bilərsiniz, ancaq tək bir mövzuda mütəxəssisləşin.


4. Əlinizdən gələnin ən yaxşısı olun.

Messinin ən gözəl tərəfi, onu izləyərkən heç bir zaman sıxılmamanızdır. Futbol oynayışında insanı cəzb edən bir şey var. Topu alışı, nəfəs kəsici pasları, qolları… Messi hər zaman onu izləyənlərin diqqətini öz üzərinə cəlb etməyi bacaran biridir. Əlindən gələnin ən yaxşısını etmək üçün ikinci bir şansı olmadığını çox yaxşı bilən biridir.

Buna görə əlindəki şansı sonuna qədər istifadə edir. Daha yaxşı bir fürsəti gözləmək yerinə əlindəkini ən yaxşı şəkildə istifadə edir. Siz də həyatınızda bunu tətbiq edə bilərsiniz. Qarşınıza daha böyük fürsətlərin çıxmasını gözləməyin. Əlinizdən gələnin ən yaxşısını edin. İlk təəssürat yaratmaq üçün heç bir zaman ikinci bir şansınızın olmadığını unutmayın. Sahib ola biləcəyiniz ən yaxşı zaman, indiki zamandır…


Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂

Şərh bölməsi: