Gündəlik yeməklərinizdə kiçik dəyişikliklər edərək yeməklərinizi həm görünüş olaraq, həm də ləzzət olaraq möhtəşəm edə bilərsiniz. Mətbəxdə zaman keçirməyi sevənlər üçün sevdikləri və dostları ilə bir araya gələrkən süfrələrini daha ləzzətli etmələri üçün praktik və yaradıcı fikirlər paylaşırıq.


1. Hamburger – Qıymanın ortasını bir stəkanın köməyi ilə götürdükdən sonra tavada bişirməyə başlayırıq. Boş qalan hissəyə yumurta qırıb üzərinə də bir dilim pendir əlavə edirik. Tamamilə bişən ət, yumurta və pendir qarışığını hamburger çörəyinin arasında qoyaraq təqdim edirik.



2. Şokolad – Tərəvəz və meyvə soymaq məqsədi ilə istifadə soyacaqların köməyi ilə şokoladlarınızdan incə dilimlər kəsərək şirniyyatlarınızı daha gözəl və ləzzətli edə bilərsiniz.



3. Səhər yeməklərinə ləzzətli toxunuş – Soğan halqalarının və ya bibər dilimlərinin ortasına yumurta qıraraq səhər yeməklərinizdə fərqli ləzzətlər yarada bilərsiniz.



4. İçkilər artıq daha gözəldir – Yaz kokteylləri və qışda içdiyiniz bitki çaylarınız üçün çiçək şəklində limon dilimləri hazırlayaraq onları daha ləzzətli edə bilərsiniz.



5. Mükəmməl bir qəlyanaltı – Çörəyin üst hissəsini şəkildəki kimi kəsib, sonra da aralara pendir yerləşdirib sobada bişirərək mükəmməl qəlyanaltı hazırlaya bilərsiniz. Bir az ədviyyat və sous ilə ləzzəti artıra bilərsiniz.



6. Dadlı bir qarnir – Kartofları dilimləyib, arasına pendir qoyun və sobada bişirin. Pendirli kartoflar yeməklərinizə gözəl bir qarnir olaraq yoldaşlıq edə bilər.



7. Uşaqların sevəcəyi bir ləzzət – Arası kremli biskvitləri çubuqlara düzərək südə batıra bilərsiniz. Bu şəkildə həm doyurucu, həm də ləzzətli bir qəlyanaltı əldə edə bilərsiniz.



8. Asan və dadlı ruletlər – Tost çörəklərini şəkildəki kimi əzin və kənarlarını ayırın. Aralarına pendir qoyduqdan sonra tavada qızardın və sevdiyiniz bir sous ilə nuş edin.



9. Sosiskalı Spagetti – Hər kəsin sevərək yediyi sosiskalı spagettini bir az fərqli və əyləncəli şəkildə hazırlaya bilərsiniz. Spagettiləri sosiskaların içərisindən keçirərək hazırlasınız ortaya həm ləzzət, həm də görünüş olaraq gözəl bir yemək çıxarda bilərsiniz.

Nə düşündünüz?
Like
Love
Haha
Wow
Sad
Angry