Dünyanın tanınmış ateistlərindən olan məşhur fizikaçı Stiven Hokinq Allaha inandığını açıqlayıb. Kanal “D”-nin London nümayəndəsinə müsahibə verən 70 yaşlı fizikaçının açıqlaması öz köməkçilərini də təəccübləndirb. Belə ki, Hokinq Allahın varlığı barədə verilən suala, “Kainatın meydana gəlməsi elmin həqiqətlərinə söykənir. Amma bu heç də elm qaydalarını qoyan və onları yaradan Tanrı olmadığı mənasını verməz” – deyə cavab verib. Xatırladaq ki, Stiven Hokinq daha əvvəl, “Kainatın meydana gəlmək üçün bir yaradıcıya ehtiyacı yoxdur” – deyərək Allaha inanmadığını bəyan etmişdi.