“23 rəqəmi ilə maraqlananlar bir sıra fakt və hadisələri onunla bağlayırlar. Jim Carreyin baş rolunu oynadığı “23 rəqəmi” filmi bir çox araşdırmalarda rast gəlinən rəqəmi özündə cəmləyib. Adını tarixə yazmağı bacaran insanların həyatında 23 rəqəminin rolu.

  1. Məbəd (tapınaq) cəngavərlərinin 23 böyük ustadı vardır.

  2. Köhnə Misir təqvimləri 23 iyulda başlayır.

  3. ABŞ-da 11 sentyabr hadisələrindəki ay , gün və ili topladıqda o, 23 rəqəmini alıb (9 11 2 0 0 1=23). Amerika hərbçiləri Xirosimaya bombanı 8:15-də(8 15=23) atmışdılar.

  4. Gün ərzində insanlar orta hesabla 23000 dəfə nəfəs alıb, verirlər.

  5. Ehtimal nəzəriyyəsində, ad günü paradoksu belədir: Təsadüfi seçilmiş 23 adam arasında, heç olmasa iki adamın ad günlərinin eyni olma ehtimalı 50/100%-dir.”

  6. Orqanizmdə qanın tam dövranı 23 saniyə ərzində baş verir.

  7. Şumer və Misir təqvimində yeni il 23 iyulda qeyd olunur.

  8. Dahi Şekspir 23 apreldə doğulub və 23 apreldə vəfat edib.

  9. Maykl Cordan və Devid Bekhem 23 nömrəsi altında oynayıblar.

  10. Antik Çində insanlar ədədlərin cinsiyyətləri simvollaşdırdığına inanırdı. Cüt rəqəmlər qadınları, tək rəqəmlər isə kişiləri təmsil edərdi, sadə ədəd 23 isə kişiyə xas ən ideal rəqəm idi.

  11. Xristianlığın dini kitabı köhnə Ahitdə Adəm ilə Həvvanın 23 qızı olduğu göstərilir.

  12. Hər valideyn uşağının DNT-nə 23 xromosom ötürür.

  13. Latın əlifbasında 23 hərf vardır.

  14. Yuli Sezar sui-qəsd əsnasında 23 dəfə bıçaqlanıb.

  15. “Beatles” qrupunun ən son yazılan albomunun son mahnısı “Her Majesty” 23 saniyə davam edir.

  16. Yerin oxu 23,5 dərəcə əyridir.

  17. Qurani-Kərimin Hz.Məhəmmədə endirilməsi 23 il davam edib.

  18. Mayalılar dünyanın sonuna 23 dekabr 2012-də (20 1 2=23) gələcəyinə inanarlar.

  19. Charles Darvinin 1859-da nəşr etdiyi kitabı “Növlərin Mənşəyi” də, yayımlandığı il olan 1859 — yəni 1 8 5 9=23’ə bərabər gəlir.

  20. Jim Carreyin istehsal şirkətinin adı JC23 Entertainmentdir.

  21. Kurt Cobain 1967-ci ildə doğulmuşdur: 1 9 6 7=23. Cobain 1994-cü ildə ölmüşdür: 1 9 9 4=23.

  22. Riyaziyyat Roma rəqəmlərində 23, XXIII şəklində yazılır: İki “X” və üç “I”. Əgər 1 rəqəmi diqqətə alınmazsa tam ədədlər 2 və 3 toplama yoluyla başqa bir tam ədəd meydana gətirmək üçün kafi ən kiçik ədədlərdir. (nüm: 13= 2 2 2 2 2 3)

  23. Pi sayının (3,14159) ilk altı pilləsinin cəmi 23-dür.

 Ramin Ağaquliyev