Pasport  əvvəllər şəhər darvazalarından girmək, yaxud da liman üçün giriş vəsiqəsi sayılırdı. Əsas o idi ki, sənəd təqdim edən insanın şəxsiyyətini, həmçinin  onun vətəndaşlığını göstərsin. Çünki əvvəllər  kişi və qadınlar  öz krallarının mülkiyyəti hesab olunurdu. Yəni  teorik olaraq hətta Roma Papası, yaxud ABŞ prezidentinin də yanlarında foto və möhürü olan ausvays olmadan tanınmaz, hətta hansısa prosedura məcbur edilə bilərlər.

Vladimir İliç Lenin

1897-1917-ci illər arasında Rusiya İmperiyasında yaşayış üçün pasporta ehtiyac olmayıb. Amma zavod və fabrikdə işləyən şəhər əhalisi üçün şəxsiyyəti təsdiq edən sənədin olması vacib sayılırdı. Misal üçün Leninin şəxsiyyətini təsdiq edən ilk sənəddə o kepkada, səliqəsiz bığda və üzü tüklü olub. Amma Leninin özü üçün Sovet İttifaqının bir nömrəli sənədi Kommunist Partiyasının 1 saylı bileti olub.


 

Adolf Hitler

Uzun illər arxivlərdə qiymətli əşya kimi saxlanılmış Hitlerə məxsus olduğu bildirilən pasport isə sən demə saxta imiş. Onu Britaniya xüsusi xidmət orqanları müharibə dövründə zarafat üçün hazırlayıblarmış. Hətta onun pasportuna Fələstinə gediş icazəsi olan möhür də vurulubmuş.
Müharibədən sonra Gestapo arxivlərində,  London kəşfiyyatçıları tərəfindən öz hərbi həmkarları üçün  düzəltdikləri saxta kimliklərin yüksək keyfiyyətini qeyd edən sənədlər aşkar edilib.


 

Uolt Disney

Bir zamanlar SSRİ-də qəbir daşları üzərində ölənlərin şəxsi imzalarını cızmaq dəbdə idi. Pasport imzalarını əbədiləşdirməyin başqa bir yolunu Amerikada icad ediblər. Aşağıda hamının tanıdığı Uolt Disneyin pasportunu görürsünüz. Bu arxiv tapıntısının maraqlı olmasının səbəbi budur ki, multiplikasiya imperiyasının bığlı və gülərüz təsisçisinin imzası Disney studiyasının logotipini yaradanlar  üçün ilham mənbəyi olub.


 

Ceyms Coys

Mürəkkəb və ziddiyyətli ədəbiyyatın yaradıcısı, “şüur axınının” ustası olan Coys başqaları kimi deyildi və eyni zamanda o, sənədsiz bir kəs idi.
Sürixdə Britaniya Konsulluğu tərəfindən 1915-ci ildə ona verilən pasportla özünə təsəlli tapan Ceyms, həyatının 7 ilini öz “Ulis” əsərini yazmağa həsr edib. Maraqlıdır ki, sənədin sahibini vəsiqədə papaqlı görürük. Həmçinin pasportda yazıçının rəfiqəsi olan Nora və onun uşaqlarının şəkli də var. Sənəddə Nora, Coysun yoldaşı kimi qeydə alınıb, lakin onların nigahı yalnız 1931-ci ildə, artıq digər yeni sənədlərin olduğu zaman  baş tutub.


 

Albert Eynşteyn

Məlum olduğu kimi, Enşteynin  meşəyə bənzər saçları böyük alimə  kainatdan onun nisbilikləri haqda siqnal verən antenalar kimi idi. Alimin saçını daramağa cəhd göstərdikdə, o, qışqırıq salıb öz fikrini itirirdi. Amma bəzi vaxtlar bunu səs-küysüz də etmək olurdu, məsələn, İsveçrə pasportu üçün şəkil çəkdirdiyi zaman.
Neytral tərəf sayılan İsveçrə vətəndaşlığı Avropada tamamilə səmərəsiz ağılsızlıq baş alıb getdiyi zaman Ulmda doğulan akademikə dəhşət kömək edirdi. 1000 frank dəyərində olan vergini ödəməyə dəyərdi.


 

Merlin Monro

“Heroin və intihar qəhrəmanı” tərəfindən polislərə təqdim olunan bu qeyri-adi sənəd 1954-cü ildə Norma Cin Di Maco adına çap olunub və  aktrisanın “New York Yankees”dən olan beysbolçu ilə qısa müddətli evliliyini dünyaya xatırladır. Onlar 9 ay birlikdə olmuş və idmançının onu dəlicəsinə qısqandığına görə ayrılmışlar.
Əslində heç pasport yox, hərbi bilet olan bu vəsiqədə deyilir ki, Merilin Monro kimi tanınan bir şəxs qeyri-müharibə xidməti üçün yararlıdır. Əsrin görkəmli nümayəndəsi elə özüylə müharibədə cəmi 36 yaşında dünyasını dəyişdi.
ABŞ vətəndaşı olan Norma Cindəki “Hunt” hərracına çıxarılmış və 100,000 dollara satılmış xarici pasportla dünyanı səyahət edirmiş. Gördüyünüz kimi, sənəddə Di Maconun həqiqətən də mavi gözlü sarışın olduğu rəsmi şəkildə təsdiqlənir


 

Heminquey

Ernest adlı dünya şöhrətli Amerika ekspatı (vətənini tərk etmiş şəxs) 1920-ci ildən düz intiharadək dünyanı fəal surətdə səyahət edirdi. Parisdəki həyatı, yuxarıda adı çəkilən Coys, Pikasso və qiymətli pasporta sahib olan digər şəxsiyyətlərlə görüşləri haqda olan memuarlarında Heminquey belə bir ifadə işlətmişdi: “Sevmədiyiniz insanlarla heç vaxt səyahətə çıxmayın.”


 

Cenis Coplin

Musiqili-narkotik hippi dövrünün əfsanəvi müğənnisi öz pasport şəklində gülümsəyir. Deməli, ya buna icazə var idi, ya da ki, onun təbii üz ifadəsi belə idi.
Cenis Coplin  1974-cü ilədək ömür sürmədiyinə görə, pasportunu dəyişə bilmədi. Təbəssümlə çəkdirdiyi şəkildən 7 ay sonra müğənni Hollivud otelində artıq dozada heroin qəbul etdiyindən keçinmişdi.


 

Ella Fitscerald

Bluz şahzadəsinin pasportunda onun pərəstişkarlarına və tarixçilərə Ellanın Argentina, Avstraliya, Braziliya, İngiltərə, Fransa, Almaniya, İsrail, İsveçrə, Hollandiya və hətta Yuqoslaviyaya qastrollarından bəhs edən çoxsaylı möhürlər vardır.
Lakin bununla bərabər, Fitsceraldın yaradıcılığı çətin bir dövrə təsadüf edirdi. Buna görə, Bolqarıstanda keçirilən konsert üçün xüsusi möhür lazım idi, Macarıstana giriş isə həmən pasportla qadağan edilmişdi. Eləcə də, gördüyünüz kimi, bu amerikalı xanıma Albaniya, Çin, Şimali Koreya kimi ölkələrə və o zamankı  Vyetnamın kommunist  hissəsinə daxil olmaq icazəsi verilmirdi.


 

Nə qədər qəribə olsa da, bir vaxtlar bizim də tərkibində olduğumuz SSRİ-də belə xaricə getmək üçün pasport problemi var idi. Bizim zəmanənin insanları üçün təsəvvür etmək belə çətindir ki, 1993-cü ilədək SSRİ-də ölkəni tərk etmək üçün “çıxış vizası” almaq lazım idi. Özü də xarici pasport hər adama verilmirdi.