Bu postumuzda sizlərlə janrı macəra olmayan, amma macəra filmi deyildiyi zaman ağılınıza gələ biləcək 10 filmi təqdim etmək istəyirik. Fimlər IMDb reytinqinə görə sıralanmışdır.


10. The Green İnferno 2013 – IMDb: 5,6

Filmdə bir qrup macərasevər tələbənin, Amazon meşələrində qarşılaşdıqları adamyeyən bir qəbilədən xilas olmaq üçün apardıqları amansız mübarizəyə şahid olacaqsınız.


9. Bullet to the Head 2012 – IMDb: 5,7

Ssenarisi Matz və Colin Wilsonun eyni adlı cizgi-romanından götürülmüş filmdə məşhur aktyor Seylvester Stallone, Jimmy Bobo adlı bir kirayəlik qatili canlandırmaqdadır. Gənc bir dedektivlə birlikdə özlərini təhlükəli bir istintaqın içində tapan bu ikili, hədəflərinə çatmaq üçün ölüm-dirim mübarizəsi verəcək, hər cür fədakarlığı göstərəcəklər.


8. Kill Me Three Times 2014 – IMDb: 5,9

Qorxusuz bir sui-qəsdçi olan Charlie Wolfe, Alice Taylor adlı gözəl bir qadını öldürmək üçün hərəkətə keçir. Ancaq Charlie sandığı kimi bu işin içində tək başına deyil. Özünün çox yaxşı düşünülmüş bir tələnin içində, tapan qorxusuz suiqəsdçi artıq üç fərqli cinayətin və intiqam əhvalatının ortasındadır.


7. Pain & Gain 2013 – IMDb: 6,5

Floridada idman salonunda çalışaraq həyatlarını davam etdirən Daniel Lugo və yaxın dostu Adrian Doorbal idman salonundakı yaranan mənfi hadisələrdən və maaşlarının aşağı olmasından yorulmuşlar. Öz xəyallarının arxasından getməyə qərar verən bu ikili günahkar olduqlarını düşündükləri zəngin bir müştərisini qaçıraraq zəngin olma xəyalları qurarkən işlər birdən-birə dəyişəcəkdir. Gerçək həyat hekayəsindən götürülən filmi seyr edən hər kəsə indidən xoş seyrlər diləyirik.


6. Karate Kid 2010 – IMDb: 7,2

Bir zamanların əfsanəvi filmləri arasında olan Karate Kid filmi tamaşaçı və tənqidçilərdən aldığı IMDB reytinqinə görə ortalamanın üzərinə çıxaraq bəyənmə qazanan filmlər arasındadır.


5. Man of Steel 2013 – IMDb: 7,2

Necə istifadə ediləcəyi ilə bağlı heç bir fikri olmadığı bir sıra təbiət üstü güclərə sahib Clark adlı uşağın məktəb xidməti avtobusu bir gün qəzaya uğrayır və içindəkilərlə birlikdə çaya yuvarlanır. Servisin içindəkilərin ölməsini istəməyən Clark hərəkətə keçir və hamısını xilas edir. Bu hadisədən sonra etdiklərinin onun digər uşaqlardan fərqli olduğunu ortaya çıxarır.


4. Cell 211 2009 – IMDb: 7,7

Juan iki həmkarı ilə birlikdə həbsxananı gəzərkən tavandan başına düşən bir parçayla orada huşunu itirir. Gözətçilər Juanla maraqlanmaq üçün onu 211 nömrəli boş bir hüceyrəyə aparırlar. Bu sırada həbsxanada böyük bir qiyam başlayır və Juan özünə gəldiyi zaman həyatda qalmaq üçün məhkum rolu oynamaq məcburiyyətində qalacaqdır.


3. Warcraft 2016 – IMDb: 8,0

World of Warcraft oyununun bu yeni kino filmində fərqli irqlərin qarşı-qarşıya gəldiyi fantastik bir dünyadakı hadisələrdən bəhs olunur.


2. Lord of the Rings: Fellowship of The Ring 2001 – IMDb: 8,8

Köhnə mədəniyyətlərdən biri olan Elf dəmirçiləri ustalıqlarını və sehr güclərini istifadə edərək hazırladıqları üzükləri Qaranlıqların Əfəndisi Sauron ələ keçirir və üzükləri birləşdirib ortaya çox böyük bir gücün çıxmasına səbəb olur. Qaranlıqların Əfəndisi Sauron bu gücü özü üçün istifadə edir və digər bütün irqlərin varlığını təhdid edir. İtən bu üzük illər sonra Shire bölgəsində yaşayan Frodo Baggins adlı bir hobbittin əlinə keçir. Çox güclü olan bu üzük üçün fərqli irqlər birləşərək üzük qardaşlığını qurur və Frodo’ya kömək etmək üçün böyük və təhlükəli bir səfərə çıxırlar.


1. Gladiator 2000 – IMDb: 8,8

Roma İmperatorluğunun ən parlaq dövrlərində General Maximus girdiyi bütün döyüşlərdən zəfərlə ayrılır. Artıq tək xəyali vardır bir an əvvəl evinə və ailəsinə qovuşmaq. Hakimiyyətin əlindən alınacağını anlayan imperatorun oğlu Commodus isə, general Maximus və ailəsinin öldürülməsi üçün əmr verir. Maximus ölümdən çətin xilas olur amma daha sonra Qladiatorlar arenasına sürgün edilir. İllər sonra Romaya qayıdan gladiator Maximus’un artıq tək məqsədi vardır Commodus’dan həyat yoldaşının və uşağının intiqamını almaq.