Dünyanın ən məşhur fast food markalarından olan McDonald’s-ın loqosu ketçuplu kartoflara bənzəyir və kartofu xatırladan böyük M hərfi ortaya çıxır. Yaxşı, bəs şirkət niyə bu loqonu və bu rəngləri seçib? Reader’s Digest-ə görə bunun çox özəl psixoloji səbəbləri var.

McDonald’s loqosunun biz bilmədiyimiz başqa bir mənası varmı? Reader’s Digest-in iddialarına görə var.

Qırmızı rəng beyinimizdə aktivlik və hərəkətlə əlaqələndirilir. Bəzi araşdırmalar qırmızı rəngi gördüyümüz zaman aktiv olduğumuzu, hərəkətə keçməyə daha çox meyilli olduğumuzu göstərir. Yəni, beynimiz qırmızı rəng görəndə çox sürətli və qüvvətli reaksiya verir. Qırmızı loqo acmaqda olan orqanizmimizi özünə çəkir.

Sarı rəng isə bəzi yerlərdə hüzn rəngi kimi bilinsə də, araşdırmalara görə xoşbəxtliklə daha çox əlaqəlidir. Gündüz ən dəqiq görüləbilən rəng olduğu deyilən bu rəng McDonald’s loqosunu digər loqolardan daha tez görməyimizi təmin edir. Yəni, bu loqo beynimizə “Bura McDonald’s-dır” deməzdən öncə təsir edə bilir.

McDonald’s-ın loqo tarixi

Loqo dünyanın hər yerində eyni deyil, məkana görə kiçik dəyişikliklər sezilir. Məsələn, 2009-cu ildə şirkət Avropada ətraf mühitin dostu kimi görünmək məqsədilə loqosunun arxasına yaşıl rəng etmişdi.