Meşədə gəzməyi və ordakı səsləri dinləməyi sevən birisinizsə bu layihəni çox sevəcəksiniz. Estoniyada meşəlik bir ərazidə yerləşdirmək üçün kiçik bir memarlıq qrupunun tələbələri nəhəng ölçülü taxta megafonlar emal etmişlər.

    Bu megafonlar meşədəki hər cür səsi yüksəldərək asanlıqla eşidiləcək hala gətirir. Megafonlar elə bir məsafədə və bucaqda yerləşdirilmiş ki, hər istiqamətdən səsləri bir yerə gətirərək unikal bir səs meydana gətirir. Ayrıca bu meqafonlar eyni zamanda oturma məqsədli ya da səhnə olaraq da istifadə edilə bilər.

Bu maraqlı layihəyə dair fotoşəkillər aşağıdadır. Doğrusu megafonlardan necə səslərin çıxdığı bizim üçün də çox maraqlıdır.