Nar

Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər bir narın içində bir behişt dənəsi vardır və mən onun bir dənəsini belə, tərk etməyə (yeməməyə) razı deyiləm”.
İmam Əli (ə) buyurmuşdur: “Uşaqlarınızın tez dil açması üçün onlara nar yedizdirin.” Nar insanı arıqladır, təzyiqi aşağı salır, əsəb sisteminin normal olması üçün məsləhət görülür, qara ciyərə və sarılıq xəstəliyinə faydalıdır.

Əncir

Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Əncir behişt meyvələrindəndir və (insanı) incəqəlbli və rehmli edir”.

Üzüm

Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Sizin ən yaxşı meyvəniz üzümdür və onun heç bir zərəri yoxdur”.

Gavalı

İmam Sadiq (ə) buyurmuşdur: “Acqarına gavalı yemək başgicəllənməyə, ürəkbulanmaya və öd kisəsinə xeyirlidir, lakin bədəndəki şişləri oyadır”.

Üzərlik

Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Həqiqətən, üzərliyi yalnız mələklər əkir və məmur olduqları yerə çatdırırlar. Onun dənəsində şefa vardır və yetmiş növ xəstəliyə dərmandır”.

Heyva

Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Heyva üzün rəngini ağ və övladı göyçəkləşdirir. Mədə divarının aşılanmasına ve ürəyin möhkəmlənməsinə səbəb olur”.

Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Heyvanın üç xasiyyəti vardır: 1-Ürəyə aramlıq və şadlıq verir. 2-Paxılın əliaçıq olmasına sebeb olur. 3-Qorxağı şücaətli edir”.

İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs acqarına heyva yesə, nütfəsi pak və övladı göyçək olar”.