Michelle Obamanın Becoming adlı kitabı hal hazırda ABŞ-da ən yaxşı satılan kitablar siyahısındadır. O burada yaşadığı üzgün və ya xoşbəxt hadisələrdən danışır. Xoşbəxt olmağın sirrlərini sizlərlə paylaşıram.

Səhvlərinizdən öyrənin!

2016-cı ildə olan çıxışında Xanım Obama gənc qızları öyrənməyə dəvət edir. Daha sonra bu fikri kitabında daha geniş şəkildə açıqlayır. O bildirir ki, qorxduğumuz hər şeyi qəbul etməliyik və bütün problemləri bir dərs olaraq qəbul etməliyik. Əmin olun, hamısı bir gün bitəcək və bizə səhv etdiyimi anda öyrəndiklərimiz yadigar qalacaqdır.

Həyatdakı çətinlikləri əksikliyiniz olaraq görməyin!

Bir məktəbdə Afrikalı Amerikan olaraq işlədiyi zaman olan çətinliklərindən danışan Michelle bildirmişdir ki, onun fikirlərinə ilk öncə diqqət yetirməyən insanlar, onun əzmini gördükdən sonra daha böyük hörmətlə onu komandalarına qəbul edirlər. Ona görə də heç bir şey sizi yolunuzdan döndərməməlidir. Sadəcə özünüzdən əmin olun!

Öz dəyərini anla və olduğun yerə görə heç kimdən üzr istəmə!

Çox üzücü bir şey olsa da, qazandığımız maaşa görə, dəri rəngimizə görə və ya hər hansı başqa şeylərə görə insanları siniflərə ayırırlar, ancaq unutma! Sən dəyərlisən və olduğun yerə görə heç kimdən daha əksik deyilsən!

Yeni məqsədlərin olsun və onları həyata keçirmək üçün çalış!

Özünə qarşı hər zaman tələbkar ol. Mən çox yaxşı yerdəyəm, amma bundan daha yaxşı yerdə ola bilərəm?- bu sualı hər zaman özünə ver. Hər zaman öz üzərində işlə və hər zaman daha gözəl şeylər gələcək başına.

Həyatını planla! Başına gələnlər üçün sən özün cavabdehsən!

Bəzən məqsədsiz şəkildə yaşayırıq, ancaq həyat daha başqadır. Biz heç vaxt durmayan bir yerdəyik. Zamanın gözlədiyini düşünürük, ancaq zaman gözləmir, gedir. Ona görə də həyatınızı planlayın. Burada yaşadığınız hər şey sizin əsərinizdən və başınıza gələnlərin memarı özünüzsünüz!