1. Körpələr barmaqlarını sovurduqları kimi balaca fillər də xortumlarını sovurur.

  2. Hind ev xanımları bütün dünyanın qızıl ehtiyatının 11 %-na sahibdir.

  3. Qazaxstanın Kalaçi kəndinin sakinləri qəribə xəstəlikdən əziyyət çəkir. Sakinlər daim özlərini yorğun hiss edir və həftələrlə yatır. Alimlər bu kənddə araşdırmalar aparsa da, səbəbi müəyyən edə bilməmişlər.

  4. «MythBusters» («Əfsanələri məhv edənlər») verilişinin bir seriyası yayımlanmadan silinmişdir. Belə ki, aparıcılar hər zaman əlimizin altında olan əşyalardan son dərəcə təhlükəli partlayıcı maddə yaratmışdır. Daha sonra onlar bu maddənin terroristlər tərəfindən geniş istifadə olunacağını düşündükləri üçün seriyanı operativ şəkildə yox etmişlər.

  5. Atomlar 99,9999999 % boşluqdan ibarətdir. Bütün insanları bir araya toplayıb, onların içindəki boşluğu yox edərək yalnız nüvələri saxlasaq, insanlıq bir portağal ölçüsündə qalacaqdır.

  6. Çox az adama məlumdur ki, Elvis Preslinin saçlarının həqiqi rəngi sarı idi.

  7. XIX əsrdə ketçup sarılıq və ishala qarşı vasitə kimi istifadə olunurdu.