Hər kəsin varlı olmaq üçün bir formulu var. Bəziləri lotereya biletləri alır, bəziləri isə dayanmadan işləyir. Tomas Korli varlı və kasıb insanların düşüncə tərzi və vərdişlərini araşdırdı. O, 5 il ərzində hər iki təbəqəyə nəzarət etdikdən sonra maraqlı nəticələr əldə etdi.

Qazandığınızın 10 mislini əldə edə bilmək və varlı olmaq üçün, etməməli olduğunuz 10 hərəkət hansıdır?

  1. Yeni tanışlıqlardan imtina etmək.

Varlı insanlar hər zaman yeni tanışlıqlara açıqdır. Maddi vəziyyəti yüksək səviyyədə olan insanların 68%-i, kasıbların isə cəmi 11%-i yeni insanlarla tanışlığa şad olduqlarını etiraf edib. Maddi vəziyyəti yüksək səviyyədə olan kəslər hər zaman yaxşı təəssürat yaratmağa və bunu davam etdirməyə çalışır. Onlar yeni tanışlarını bayram və əlamətdar günlərdə təbrik etməyi də unutmur.

  1. Qismətə inanmaq.

Qırmızı və ya göy don seçərkən çətinlik çəkirsinizsə, “qismətimdə budur” deyib seçim edə bilərsiniz. Lakin mövzu vacib qərarlardırsa, varlı insanlar bu hallarda öz talehlərini şəxsən həll etdiyini düşünür. Kasıb insanların isə 90%-i bütün uğursuzluqlarını taleh və alın yazısının boynuna atır. Qalan pullarını isə təhsilə deyil, falçı və lotereya biletlərinə yatırır.

  1. İşinizə nifrət etmək.

“Mən işimi sevirəm” – maddi vəziyyəti yüksək səviyyədə olanların şüarıdır. “Zəif bəndlər” isə işlərində mənfi xüsusiyyətlər axtarır və narazılıqlara vaxt itirmək yerinə ixtisaslaşdığı sahəni bəyəndiyi sahəyə dəyişmir.

  1. Səhhətə səhlənkarlıqla yanaşmaq.

Varlı insanlar səhhətlərinə diqqət edir. Onlar tez-tez həkimə getməklə yanaşı, həm də sağlam həyat tərzini seçir və idmanla məşğul olur, orqanik qidalara üstünlük verir və pis vərdişlərdən uzaq olur. Az qazanan insaların cəmi 13%-i sağlamlıq və uğur arasında bağlantı olduğunu görür.

  1. Riskdə getməkdən qorxmaq.

Araşdırma zamanı varlıların yarısından çoxu, kasıbların isə cəmi 6%-i risk etməkdən çəkinmədi. Bundan əlavə varlı insanlar risk etməklə ən az 1 dəfə ziyana getdiklərini etiraf etdi. Lakin bununla dayanmadıqlarını, ziyandan belə fayda əldə etdiklərini vurğuladı.

  1. Realiti şoulara baxmaq.

Maddi vəziyyəti zəif olan insanların 78%-i başqa insaların həyatını müşayidə etməyi təklif edən şouları sevir. Varlı insaların isə cəmi 6%-i bu şouları izləyir. Varlı insanlar televizora baxmır və ya buna çox az zaman ayırır. Eyni şey internetə də aiddir: uğurlu insanlar işləri tələb etmədikcə, internetə zaman ayırmır.

  1. Az oxumaq.

Dostoyevski demişdir: “Kitab oxumaqdan imtina etmək – düşünməkdən imtina etmək deməkdir”. Varlı insalnarın 88%-i dahi yazıçı ilə razıdır. Onlar gün ərzində ən az 30 dəqiqə tarix, fərdi inkişaf və ixtisasları üzrə kitablar oxuyur. Kitab oxumağa eynilə bu qədər zamanı kasıbların cəmi 2%-i ayırır.

  1. Yuxudan gec durmaq.

Maddi vəziyyəti yüksək səviyyədə olan iş adamları iş gününün başlamasına 3 saat qalmış günə başlayır. Yəni, təxminən saat 5-də. Onlar boş zamanlarını işlərini planlamaq, şəxsi layihələrinə göz atmaq və idmanla məşğul olaraq dəyərləndirir. Bundan əlavə uğurlu insanlar 10-15 dəqiqə meditasiya edir və ya sakit bir mühitdə düşünməyi sevir. Onlar üçün erkən oyanmaq yuxu çatışmamazlığına gətirib çıxarmır. Beləki, varlı insanlar gün ərzində 7-8 saat yatır. Gün onlar üçün 21:00 və ya 22:00-da sona çatır.

  1. Ünsiyyətdə faydasız insalar ilə vaxt keçirmək.

Maaşdan maaşa yaşayan insanların 96%-inin ətrafında həyatından narazı olan və qeybət etməyi sevən insanlar var. Uğurlu insanlar beyinlərini artıq məlumatla zibilləmir: onlar özü kimi insanları sərgilərdə, mədəniyyət tədbirlərində axtarır və ya zamanı özünə ayırır.

  1. Ayağını yorğanınıza görə uzatmamaq.

Kasıb insanların əksəriyyəti qazandıqları puldan daha artığını xərcləyir. Yəqin ki, sizin də ətrafınızda xüsusi təlabatı olmadan kreditə maşın və ya telefon götürən şəxslər var. Varlı insalar isə pulu bu prinsipə əsasən xərcləyir:

  • 20 % — kənara ayırılır;
  • 25 % — kirayə, arenda;
  • 15 % — qida;
  • 10 % — əyləncə;
  • 5 % — avtomobil və ya digər nəqliyyat ehtiyacları;
  • Qalan pullar isə geyim, müalicə və ya təhsil kimi ehtiyacların qarşılanmasına ayrılır.

Artıq milyarder olmaq üçün nə etməli olduğunuzu bilirsiniz!