Tarix və mistika. Əslində bu iki anlayış bir-birindən çox uzaqda dayanıb. Buna baxmayaraq daim irəliyə getməyə çalışan XXI əsr insanı həmişə tarixi incəliyərkən orada əslində çoxlu mistik hadisələri görür. Elə buna görə də bu hadisələr üzə fakt olaraq çıxarkən biz tarix və mistikanın bir-birinə necə bağlı olmasını düşünürük. Bu hadisələr ayrı-ayrılıqda təsadüf ola bilər. Amma son nəticədə araşdırmalar zamanı görə bilərik ki, əslində tarix mistik hadisələrlər dolu təkrarlanan bir prosesdir. Burada olan faktları oxuyarkən çox dəhşətə gələcəksiniz. Bu təsadüf ola bilərmi? Amma bu dünyada çoxları təsadüf olmur deyirlər. Lakin burada oxuduqlarınızdan sonra dünyada necə də dəhşətli və bəzən sonu yaxşı olsa belə şok effekti yaradan təsadüflərin olduğunu görəcəksiniz. Aşağıda sizə bəzi tarixi və mistik faktları nəzərinizə çatdırıram.

***

1644-cü ilin 5 dekabr tarixində Uels sahillərində sərnişin gəmisi batır. Dəqiq məlumata görə gəmidə olan bütün sərnişinlər və ekipaj üzvləri suda ölürlər. Bu gəmidən yeganə sağ çıxan insanın adı Xyu Uilyams idi. Bu hadisədən 141 il sonra, 1785-ci ildə, da eyni tarixdə (5 dekabr) və eyni yerdı başqa bir sərnişin gəmisi batır. Bu gəmidən də yeganə sağ çıxan insanın adı Xyu Uilyams olur. Dəhşətli fakt bundan ibarətidir ki, bu ikinci hadisədən 75 il sonra, 1860-cı ildə, eyni tarixdə yəni 5 dekabrda, eyni yerdə bu dəfə fərqli olaraq balıqçı gəmisi batır. Bu dəfə də gəmidən yeganə sağ çıxan insanın adı Xyu Vilyams olur.

***

Fransa kralı XVI Lyudovik kral olandan bəri 1 şeydən qorxurdu. Öncəgöürücü bir qadın ona xəbər vemişdir ki, o ayın 21-də öləcək. Bu xəbər krala çox təsir edir. O, kral olduğu illər ərzində hər ayın 21-də bütün işlərini təxirə salır, öz otağında tənha əyləşir, heç kimlə görüşmür, və dövlət işləri ilə maraqlanmırdı. O, hər ayın 21-də belə etməklə özünü ölümdən qoruyacağını düşünürdü. Amma qorxduğu başına gəldi. Fransa Burju inqilabında yakobinçilərin təkidi ilə 1791-ci ilin 21 iyul tarixində kral XVI Lyudoviki və onun xanımı Mariya Antuanettunu həbs edirlər. Bundan bir il sonra, 1792-ci ilin 21 sentybar tarixində Fransa respublika elan olunur və kral hakimiyyəti ləğv olunur. Dəhşətli məqam bundan ibarətdir ki, 1793-cü ilin 21 ynavar tarixində XVI Lyudovik və onun xanımını başlarının kəsməklə edam edirlər.

***

1867-ci ildə İtaliya taxt-tacının vəliəhdi olan hersoq D’Aosta adı zadəgan digər zadəgan nəslinin nümayəndəsi olan gözəlliyi ilə seçilən Mariya del Poççodella Kisterna adlı xanımla ailə həyatı qurur. Bir-birini çox sevən gənclərin xoşbəxtliyi elə də uzun çəkmir. Onları sanki qara kabus izləyir. Toydan bir neçə gün sonra xanımın qulluqçusu olan bir qadın özünü asaraq intihar edir. Sonra isə saray qapıçısı öz boğazını kəsməklə intihar edir. Bundan sonra kralın katibi atdan düşərək ölür. Bir neçə gündən sonra vəliəhdin yaxın dostu gün vurmasından ölür. Bundan sonra bu cavanlar həmişə qorxu və mübahisə içində xoşbəxt olmayan şəraitdə, sanki cəhənnəmdə olmuş kimi ömür sürürlər.

***

Məşhur yazıçı Edqar Allan Po bir gün dəhşətli “Artur Qordon Pim adlı insanın hekayəsi” adlı hekayə yazır. Bu hekayədə əsas dəhşət ondan ibarət idi ki, dənizdə batan gəmiçilər, naməlum adada sağ qalmaq üçün gəminin Riçard Parker adlı yunqasını diri-diri kəsib ətini yeyirlər. Ümumiyyətlə, bütün yelkənli gəmilərdə yunqa funksiyasını daşıyan insanlar olur. Yunqa gənc yaşlı, kapitanın köməkçisi olan, adətən 16-18 yaşlı oğlanlardan seçilir. Gəmidə hamıdan balaca və təcrübəsiz olduğuna görə o reputasiyaya görə hamidan aşağıda olan insan olur. Dəhşətli fakt bundan ibarətdir ki, bu adi uydurma hekayə sonradan mistik bir hadisəyə çevrilir. Edqar Allan Po bu əsəri yazdıqdan sonra, 1884-cü ildə həqiqətəndə Amerikaya yaxın adaların birində “Lace” adlı gəmi batır. Adaya düşən gəmiçilər sağ qalmaq üçün az yaşlı yunqanı diri-diri kəsib yeyirlər. Bura dəhşətli məqam ondan ibarətdir ki, həmin oğlanın adı Edqar Allan Po-nun yazdığı əsərdə olduğu kimi Riçart Parker adlanırdı.

***

1887-ci ildə Londonda QrinBerri Hill küçəsində 3 nəfər adam öldürən insan edam olunur. Dəhşətli fakt ondan ibarətdir ki, bu edam olunan insanların soyadları müvafiq olaraq Qrin, Berri və Xill olur.

***

Texas sakini Allan Folbi bir gün maşın qəzasına düşür. Bu qəzadə o ayaq arteriya damarını zədələyir. O, bu zədəyə görə ölə bilərdi. Amma onun köməyinə hadisə yerindən öz maşınıyla keçən Alfred Smit adlı insan çatır. Alfred dərhal Allana kömək etmək üçün onun ayağını qanqrena olmasın deyə sarğı ilə bağlayır və dərhal təcili yardım çağırır. Bu köməkdən sonra Allan Fobi ölümdən qurtulutr. Bu hadisədən 5 il sonra dəhşətli mistika baş verir. Allan Fobi artıq çoxdan sağalmış ayağı ilə maşın sürərkən yolda qəzaya uğramış digər bir maşın görür. O, dərhal maşın sürücüsünə yardım etməyə çalışır və görür ki, bu maşın sürücüsünün də ayağında olan arteriya damarı kəsilib. O, həmin adama kömək edərkən dəhşətə gəlir. Çünki bu insan 5 il bundan qabaq onun həyatını xilas etmiş həmin Alfred Smit adlı şəxs idi.

***

II Dünya müharibəsinin son mərhələsində, müttəfiqlərin artıq Normandiyaya ordu çıxardıb artıq gücdən düşmüş Almaniyaya hücum əməliyyatları həyata keçirdiyi bir vaxtda “Deyli Teleqraf” adlı ingilis qəzeti öz növbəti sayında yeni bir krossvordu oxucuların ixtiyarına verir. Bu krossvordda olan sualların cavabı müvafiq olaraq “Neptun”, “Yuta”, “Omaxa” və “Yupiter” adlanırdı. İngilis hökümət orqanı bunu görüb dəhşətə gəlir. Çünki bu adlar Almaniyaya qarşı həyata keçiriləcək hərbi əməliyyatların gizli kod adları idi. Dövlət dərhal bu məsələni araşdırmaq, və bu böyük həyati önəmli əməliyyatların adlarının bu krossvorda necə düşüyünü aydınlaşdırmaq üçün qəzetlə əlaqə saxlayaraq krossvordun müəllifini tapır. Məlum olur ki, bu krossvordun müəllifi hərblə və dövlətlə elə də əlaqəsi olmayan, qoca bir məktəb müəllimidir. Dövlət həqiqətəndə hər şeyi araşdırır və son nəticədə 100% əmin olur ki, bu qocaya bu sirrli məlumatlar heç yerdən çatmayıb. Sadəcə olaraq bu qoca müəllim krossvordu hazırlayarkən bu sözlərdən istifadə edib. Maraqlı fakt bundan ibarət idi ki, belə 100% -lik təsadüf axı necə baş verə bilər? Amma araşdırma sübut edir ki, bu əslində də sadəcə bri təsadüfdür. Qoca bu krossvoru tərtib edərkən heç kimdən tapşırıq almayıb və heç kimə məlumat ötürməyib.

***

Ufoloqların dəhşəti ölüm təsadüfləri hamını şoka salır. Bildiyiniz kimi ufoloqlar, yadplanetli məxluqları və uçan boşqabları araşdıran alimlədilər. Bu alimlərin qorxulu ölüm tarixi bizə yadplanetlilərin mövcud olması ilə bağlı qorxunc siqnal verir. 1964-cü ilin 24 iyununda məşhur ufoloq alim və “Üçan boşqablar səhnəsinin arxasında” adlanan kitabın müəllifi Fren Skalli qəflətən vəfat edir. Bu hadisədən düz 1 il sonra, 1965-ci ilin eyni günündə-24 iyulda məşhuruqu ufoloq və kinoaktyor olan Corc Adamskiy qəflətən vəfat edir. 1 il fasilədən sonra, 1967-ci ildə, eyni gündə-24 iyunda iki məşhur ufoloq alim Riçard Çen və Frenk Edvards qəflətən vəfat edirlər. Bu mistika dolu hadisə bizi dəhşətə gətiri. 1964-24 iyun 1 insan, 1965-24 iyun 1 insan və 1967-24 iyun 2 insan özüdə ufoloq alimlər ölürlər. Sanki yadplanetlilər 1966-cı ilin 24 iyununda heç kimi öldürmədikləri üçün 1967-ci ildə həmin gündə eyni anda 2 ufuloq alimi öldürərək bizdən qisas alırlar.Dəhşətli deyilmi?

***

1965-ci ildə Şotlandiya kəndlərinin birində insanlar kinoteatrda “80 Gün Ərzində Dünya Ətrafında” filminə baxırdılar. Kinoda bir epizodda qəhrəmanlar hava şarına minirlər. Bu epizodu izləyəkən kinoteatrın damına sanki nəsə düşür. Qorxuya düşmüş insanlar çölə çıxanda dəhşətə gəlirlər. Kinoteatrın damına eynən kinoda olduğu kimi eyni rəng və quruluşda olan qəzaya uğramış hava şarı düşür. Şarı idarə edən adam isə bu qəzadan sağ çıxa bilmir

***

Aya ilk olaraq ayaq basmış insan olan, hamımızın yaxşı tanıdığı Neyl Armstronq aya ilk dəfə ayaq basan kimi “Uğurlar arzulayıram, mister Qorski!” cümləsini işlədir. Bu cümlə aparatların yaddaşında qalır. Sonradan bu cümlənin mənasınə öyrənən bu faktın dəqiqiliyi yoxlayıb həqiqətəndə təəccüblənirlər. Belə ki, Neyl Armstronq uşaq olarkən onun başına maraqlı bir hadisə gəlir. Belə ki, o təsadüfən qonşuları olan cütlüyün davasını eşidir. Orada evin xanımı öz həyat yoldaşına dava edərkən: “Sənin qonşun, Qorski ailəsinin balaca uşağı sabah Aya uçacaq sən isə arvadıvı heç nə ilə xoşbəxt edə bilmirsən.” Sözlərini eşidir. Neylin ailəsində ata və anasının soyadı Qorski olub. Maraqlı fakt bundan ibarətdir ki, bu sözləri məcazi mənada deyən Neylin ailəsinə qonşu olan xanım heç vaxt ağlına gətirə bilməzdi ki, nə vaxtsa bu balaca uşaq böyüyəcək və əsil həyatda, real olaraq Aya uçacaq. Bu bir təsadüfdür yoxsa mistika? Cavab vermək çox çətindi.

***

İtaliyada 60-cı illərdə yolda iki avtomobil toqquşur. Bəxti gətirən sürücülərdən heç biri zədələnmir. Onlar bu yaxşı ötüşən hadisənin şərəfinə dost olmağı və gecəni yaxınlıqdaı kafedə, içki içib, sağlıq deməklə keçirməyi düşünürlər. Bir-birlərinin adlarını soruşan bu insanlar bir anlıq dəhşətə gəlirlər. Çünki bu insanların hər ikisin adı və soyadı eyni idi. Djakomo Feliçe- bu ad italyan dilində tərcümədə “bəxti gətirən” mənasını verir.

***

Məşhur italyan aktyor Merçello Masrtroyanni bir gün dostları ilə məclisə olarakən piano arxasına keçib qəribə sözləri olan bir musiqini oxumağa başlayır. Bu musiqidə o “Mənim çox xoşbəxt olduğum ev yandı” adlı cümlədən istifadə edir. Elə bu vaxtı ona təcili xəbər çatır ki, onun malikanəsində yanğın baş verib.

***

Avstraliyalı doğum evində işləyən soyadı Trillet (hərfi olaraq tərcüməsi “üçlük” deməkdir) olan qadının həyatında 3 rəqəmi böyük rol oynayıb. O, 3 mart günü anadan olub, 3 nömrəli evin 3-cü mərtəbəsində yaşayıb, 3 dəfə evli olub, 3 dəfə övlad dünyaya gətirib, və həkim karyerası ərzində 3 dəfə üçüz (eyni gündə bir ananın 3 uşaq dünyaya gətiməsi) doğumunda həkim olaraq iştirak edib.

***

1966-cı ildə, ABŞ-ın Salem adlı kiçik şəhərində Roccer Lozer adlı 4 yaşlı uşaq az qala dənizə batacaqdı. Yalnız bu uşağı ölümdən Elis Bleys adlı qadın xilas edir. 1974-cü ildə isə maraqlı hadisə baş verir. 12 yaşlı Roccer həmin dənizdə batan bir başqa insanı xilas edir. Sonradan məlum olur ki, Roccerin xilas etdiyi bu insan, Rocceri xilas edin Elis Bleys adlı qadının həyat yoldaşıdır.