Hər bir iş, uğurlu alınması üçün bizdən yüksək enerji tələb edir. İşgüzar adam nə qədər motivasiyalı olarsa, bir o qədər də uğur qazana bilər. Məsələn, təsəvvür edin ki, çox tənbəl və daim mənfi enerji daşıyan bir müdiriniz var. Siz belə müdirin yaratdığı mühitdə nə qədər yüksək rüh yüksəkliyi ilə işləyə bilərsiniz? Bəllidir ki, bu, mümkün olan bir şey deyil. Ancaq daim böyük ruh yüksəkliyi ilə çalışan, qarşısındakı insanlara müsbət enerji verən insanlarla işləmək, uğur qazanmaq üçün çox yaxşı vasitədir.

Motivasiya, xoşbəxt və uğurlu olmaq üçün vacib əhəmiyyət daşıyır. Aşağıda təqdim edilən ipucları, özünüzü motivə etməyiniz və bunu qorumağınız üçün çox faydalı olacaq. Bunlar, praktik və nəticəyə yaxın tövsiyyələrdir. Tətbiq edilməyənə kimi, heç bir irəliləyiş gözlənilmir.

1. Gələcəyinizi yazın
Təmiz bir kağızda bir-iki paraqraf şəklində arzuladığınız gələcəyin hekayəsini yazın. Gələcəkdə görəcəyiniz işi, yaşadığınız yeri və sahib olduqlarınızı yazın. Bu, sizi həm indi, həm də gələcəkdə motivə edəcək.

2. Gələcəyi gözünüzdə canlandırın 
Gözlərinizi yumun və özünüzü gələcəkdə etmək istədiyiniz işi görərkən canlandırın. Sağlam bir şəkildə idmanla məşğul olursunuz, bağçanızdakı çiçəklər ilə maraqlanırsınız və ya çalışırsınız. Nümunə üçün; xəyalınızda kiçik bir iş yeri açmaq varsa, özünüzü təqdimat günündə, müştəriləriniz və işçiləriniz ilə salamlaşarkən xəyal edin. Beləcə, xəyallarınızı reallaşdıra bilərsiniz.

3. Keçmişi gözünüzdə canlandırın
Keçmişi gözünüzdə canlandırarkən, daha əvvəl harada olduğunuzu və nə qədər yol qət etdiyinizi görəcəksiniz. Planlı hədəflərinizə nə qədər çatdığınızı və harada səhv etdiyinizi başa düşəcəksiniz. Və bu, sizin doğru yolla irəliləməyinizə şərait yaradacaq. Məsələn, hər hansı bir sürücü yalnız qarşısına baxsa və arxa güzgüdən istifadə etməsə nələrlə qarşılaşa bilər? Zaman-zaman keçmişə baxmaq, ən azından sürücünün arxa güzgüyə nəzər yetirməsi qədər faydalıdır.

4. Dərindən düşünün
Gələcəyinizlə bağlı hərtərəfli düşünməkdən qorxmayın. Bu, qısa müddətli uğursuzluqlara tab gətirməyinizi asanlaşdıracaq. Əngəllər sizə mane olmayacaq. Çünki, sizin gözləriniz böyük hədəfə zillənmiş olacaq. Uzun müddətli ayrılıqdan sonra sevdiyinizə qovuşacağınızı düşünün, onu qarşılamağa gedərkən, sizi bütünlüklə isladan yağış narahat edə bilərmi?

5. Özünüzü maarifləndirin
Hədəf və ya arzunuz ilə bağlı hər şeyi öyrənin, oxuyun, araşdırın, dinləyin və təcrübədən keçirin. Əgər yazıçı olmaq istəyirsinizsə, təhsil alın, mütaliə edin, yazın, digər yazıçılar ilə əlaqə saxlayın, məsləhətləşin.

6. İntizamlı olun
Səliqəli, zövqlü və yüksək səviyyədə təşkil olunmuş ev, ofis də əhvalımıza müsbət təsir edir. Fiziki dağınıqlıq, zehni dağınıqlığa səbəb olur. İntizamlı, sistemli bir həyatınız olsun, beləcə özünüzü hər gün daha da yüksəkdə hiss edəcəksiniz. Nümunə üçün; gecə yatma, sabah qalxma saatınız mütəmadi olsun. Səhərlər mütləq nahar edin və ən azı yarım saat idmanla məşğul olun.

7. Evinizdə və ofisinizdə sizi motivasiya edəcək şeylərə yer ayırın 
Evinizdə, ofisinizdə, avtomobilinizdə, portmanatınızda sizə hədəflənmiş və xəyallarınızı xatırladacaq simvollara, işarələrə, qeydlərə və ya obyektlərə yer ayırın. Bu əşyalar, sizin motivasiyanızın davam etməsi üçün şərait yaradacaq. Son model bir avtomobilə sahib omaq istəyirsinizmi? O zaman xəyalınızdakı avtomobilin şəkillərini otağınızın divarlarına asın, portmanatınızda saxlayın və ehtiyac duyduğunuz an baxıb, hədəfinizi xatırlayın.

8. Könüllü işlərə qoşulun
Könüllü olaraq başqa insanlara kömək edin. Bunu etdikdə, digər insanları sevindirməyin nə qədər məmnunedici bir şey olduğunu dərk edəcəksiniz. Həftə sonları, həyat yoldaşınızla birlikdə “Körpələr evi”nə getmək yaxşı ideya ola bilər.

9. Öz motivasiyanız ilə başqalarını başqalarına müsbət enerji verin 
Ən yaxşı öyrənmə metodu, öyrətməkdir. Uşaqlarınızın daim yüksək ruh yüksəkliyində olmalarına, dostlarınızın daha effektli hədəflər müəəyyənləşdirmələrinə, həyat yoldaşınızın şəxsi arzularını reallaşdırmağa kömək edin. Onlara kömək etdikdə, əslində özünüzə də kömək etmiş olursunuz.

10. Uşaqlarınızla vaxt keçirin
Uşaqlarınızla vaxt keçirmək sizə perspektiv qazandıracaq. İş və ya özəl həyatınızdakı narahatlıqlar, uşaqlarınız ilə əyləndikdə əriyib gedəcək. Uşaqlar hər şeyə asan yolla baxarlar və hətta bunu öyrənmək bizim üçün faydalı ola bilər.

11. İdmanla məşğul olun və avtomobil idarə edin
Ətrafı gəzin və ya olduğunuz istiqamətdə avtomobilinizlə dolaşıb, rahatlaşın, sərbəst vaxt keçirin. Hamımızın istirahətə ehtiyacı var və əslində sürətli qaçış, avtomobil sürmək, həqiqətən yaxşı bir həlldir. Bu şəkildə etdiyiniz məkan dəyişikliyi, üzərinizdəki mənfi emosiyaları dağıdacaq.

12. Uğurlu hekayələr oxuyun
Ətrafınızdakı insanların uğurlu hekayələrini oxuyun. Hətta gündəlik qəzetlərdə belə, sizə ilham verəcək, ruhlandıracaq və enerji verəcək parçalarla zəngin kiçik uğurlu hekayələr var. Kitabxanalar insanların həyat yolundan bəhs edən bioqrafiya və avtobioqrafiya ilə zəngindir. Bu kitablar sizləri uğur əldə etmək üçün rəflərdə həyacanla gözləyir.

13. Musiqi dinləyin
Musiqi sakitləşdirir, həyəcanlandırır, kədərləndirir və hətta ruhlandırır. İdmanla məşğul olarkən Rocky-nin film musiqisini dinləmək, musiqini mötivator olaraq istifadə etməyə ən gözəl nümunədir. Sizi ruhlandıran musiqiləri seçin və ehtiyac duyduğunuz zamanlarda onlardan faydalanın.
Məsələn, səhərlər ofisimdə və ya təhsil verəcəyim şirkətə gedərkən, xalq mahnısı dinləmək məni ruhlandırır.

14. Ruhlandırıcı filmlər izləyin
Sizi ruhlandıran filmlərin siyahısını tırtib edin və kiçik bir arxiv hazırlayın. Nümunə; “Forrest Gump” filmini izləmək bir çox insanı ruhlandıra bilər. Bilirik ki, bu filmdə İQ’su normal insandan daha çox ağılsız bir insan kimi böyük uğurlar qazanır.

15. Sağlam şəkildə qidalanın
Xoşbəxt həyat üçün, düzgün qidalanma çox vacibdir. Düzgün pəhriz, sizin vücüdunuz üçün lazım olan bütün qida, vitamin və mineralları özündə birləşdirir. Daha artığı isə təbii ki, zərərli ola bilər. Necə deyərlər “sağlam bədəndə, sağlam ruh olar”. Vücudunuz və motivasiyanız üçün sağlam qidalanın. Siqaret və içkidən uzaq durun.

16. Kifayət qədər yatın
Bəzi insanlara 6 saat yuxu kifayət edərkən, bəziləri üçün isə 8 saat kifayət edə bilər. Kifayət qədər yatdığınıza əmin olana kimi yatın. Ancaq, 8 saatdan artıq olmamasına da fikir verin. Davamlı bir yuxuya sahib olmağın, həm vücudunuz, həm də zehniniz baxımından nə qədər faydalı olduğunu görəcəksiniz.