Müəllimin adı Thompson’du və 5-ci sinif şagirdlərinin qarşısında ayaqda dayandığı ilk gün onlara bir yalan söylədi. Çox müəllim kimi, onlara baxdı və hamısını eyni dərəcədə sevdiyini söylədi. Bu mümkün deyildi, çünki orada ən qabaqda, partasına sanki çökmüş kimi oturan kiçik bir şagird vardı. Adı Teddy Stoddard . Bir il əvvəlki, bayan Thompson , Teddy-ə nəzər yetirmiş, onun digər uşaqlarla oynamadığını, geyimlərinin çirkli və özünün də həmişə duş etməsi lazım olan bir halda olduğunu görmüşdü və Teddy bədbəxt də ola bilərdi. İşlədiyi məktəbdə xanım Thompson, hər şagirdin keçmişdəki qeydlərini araşdırmaqla da vəzifələndirilmişdi və Teddy’nin məlumatlarını ən sona buraxmışdı. Onun faylını araşdırdığında təəccübləndi. Çünki, birinci sinif müəllimləri : “Teddy ağıllı bir uşaq və hər an gülməyə hazır, tapşırıqlarını nizamlı olaraq edir və çox yaxşı xasiyyətli, yoldaşları onunla olmaqdan xoşbəxtdirlər” deyə yazmışdı. İkinci sinif müəllimləri: “Mükəmməl bir şagird, yoldaşları tərəfindən sevilən, lakin evdə anasının amansız xəstəliyi onu üzür və sanıram kı, evdəki həyatı çox çətindir” deyirdi. Üçüncü sinif müəllimləri: “Anasının ölümü onun üçün çox çətin oldu. Atası ona kifayət qədər maraq göstərmir və əgər bir şey edilməzsə evdəki mənfi həyat ona təsir edəcək” deyə yazmışdı. Dördüncü sinif müəlliminə gəlincə: ” Teddy içinə qapalı və məktəbə heç maraq göstərmir, heç yoldaşı yoxdur və bəzən sinifdə yatır” demişdi. İndi xanım Thompson problemi həll etmişdi və özündən utanırdı. Şagirdlər ona gözəl kağızlara sarılmış bəzəkli, qablaşdırılmış yeni il hədiyyələri gətirdiyində özünü daha da pis hiss etdi. Çünki Teddy’nin hədiyyəsi kobud qəhvəyi bir kisə kağızına yöndəmsiz sarılmışdı. Bunu digər şagirdlərin qarşısında açmaq ona çox acı verdi. Bəziləri, paketten çıxan saxta daşlardan düzəldilmiş, bir neçə daşı düşmüş bilərziyi və üçdə biri dolu ətir şüşəsini görüncə gülməyə başladılar, lakin müəllim, bilərziyin nə qədər zərif olduğunu söyləyərək və ətirdən də bir neçə damlanı biləyinə damladaraq onların bu gülmələrini basdırdı. O gün məktəbdən sonra Teddy müəllimin yanına gələrək; “Xanım Thompson, bu gün hər an anam kimi qoxdunuz” dedi. Uşaqlar getdikdən sonra müəllim təxminən bir saat qədər ağladı. O gündən sonra da uşaqlara oxuma, yazma, riyaziyyat öyrətməkdən vaz keçərək onlara daha vacib şeylər öyrətməyə başladı. Teddy’ə xüsusi bir maraq göstərdi. Onunla çalışarkən zəkasının təkrar canlandığını hiss etdi. Ona cəsarət verdikcə uşaq inkişaf edirdi. İlin sonuna qədər, Teddy sinfin ən çalışqan şagirdlərindən biri olmuşdu. Müəllimin, hamınızı eyni dərəcədə sevirəm yalanına qarşı Teddy, onun ən sevdiyi şagirdi olmuşdu. Bir il sonra, qapısının altında bir məktub tapdı. Teddy’dən idi. Bütün həyatındakı ən yaxşı müəllimin özü olduğunu yazırdı. Ondan yeni bir məktub alana qədər 6 il keçdi. Məktubunda liseyi bitirdiyini və sinifindəki üçüncü ən yaxşı şagird olduğunu və xanım Tompsonun hələ həyatında gördüyü ən yaxşı müəllim olduğunu yazırdı. Dörd il sonra, bir məktub daha aldı Teddy’dən . O vaxt zamanın onun üçün çətin olduğunu çünki universitetdə oxuduğunu və çox yaxşı dərəcəylə məzun olmaq üçün çox səy sərf etməsi lazım olduğunu yazırdı. Və xanım Thompson hələ onun həyatında tanıdığı ən yaxşı müəllim idi. Daha sonra dörd il daha keçdi və bir məktub daha gəldi. Çox yaxşı bir dərəcəylə universitetdən məzun olduğunu amma daha irəliyə getmək istədiyini yazırdı. Və hələ xanım Thompson onun tanıdığı və ən çox sevdiyi müəllim idi. Bu dəfə məktubun altındakı imza bir az daha uzun idi. Theodore F.Stoddard Tibb Doktoru. Bu hekayə burda bitmədi. Yazda bir məktub daha aldı xanım Thompson. Teddy həyatının qızıyla tanış olduğunu və evlənəcəyini yazmışdı. Atasının bir neçə il əvvəl öldüyünü, xanım Tompsonun toyda, kürəkənin ana və atası üçün ayrılan yerə oturub oturamayacağını soruşurdu. Təbii ki otura bilərdi. Təxmin edin nə oldu? Xanım Thompson mərasimə gedərkən sevgiylə saxladığı bir neçə daşı düşmüş olan o bilərziyi taxdı, Teddy’nin ona verdiyi və anası kimi ətir verdiyini söylədiyi ətirdən sürməyinə də laqeyd yanaşmadı. Bir-birlərini sevgiylə qucaqlayarkən, Teddy , onun qulağına: “Mənə inandığınız üçün çox təşəkkürlər, xanım Thompson, özümü dəyərli hiss etməyimi təmin etdiyiniz üçün və məni belə dəyişdirdiyiniz üçün də” deyə pıçıldadı. Xanım Thompson gözündə yaşlarla ona cavab verdi: “Yanılırsan Teddy. Mən deyil, sən mənə öyrətdin. Səninlə qarşılaşıncaya qədər mən müəllimliyi bilmirdim..