Müdrik qadını ağıllı qadından fərqləndirən əsas şərtlər:

    –  Ağıllı qadın həyat yoldaşının qüsurunu görüb, ona mütləq bu haqda xəbər verəcək, tez-tez yadına salacaq. Müdrik qadın isə dəstək olacaq, həvəsləndirəcək, bəzən isə özünü heçnə olmamış kimi aparacaq.

    –  Ağıllı qadın böhranlı vəziyyətdə hər şeyi əlinə alacaq və həyat yoldaşına yol göstərərək hər şeyi diktə etməyə çalışacaq. Müdrik qadın isə öz avtoritetini vurğulamadan istiqamət verəcək.

    –  Ağıllı qadın heç nəyə baxmayaraq uşaqlarına riyaziyyatı tədris edəcək. Müdrik qadın isə hər uşağına şəxsiyyət kimi yanaşıb onların seçimi və bacarıqlarına uyğun övladlarını tərbiyə edəcək.

    –  Ağıllı qadın iş yerində hamıdan yaxşı olmağa və səhv etməməyə çalışacaq, bununla belə kollektiv onunla ehtiyyatı davranacaq. Müdrik qadın isə kollektivdə, öz ətrafında isti və mülayim mühit yaradacaq.

    –  Ağıllı qadın yetkin yaşa çatmış övladlarının həyatına qarışacaq, gözlənilməyən məsləhətlər verəcək və uşaq böyütmək qaydalarını övladlarına diktə edəcək. Müdrik qadın isə övladlarına öz həyatını yaşamağa, öz həyat təcrübəsini yığmağa imkan yaradacaq.

    –  Ağıllı qadın qaynanasının həyatına təsiri ilə açıq şəkildə mübarizə aparacaq, öz müstəqilliyi haqqında söz-söhbət salacaq. Müdrik qadın isə gülümsəyərək sakitcə dinləyəcək və sonda özünün məsləhət bildiyi kimi hərəkət edəcək.

    –  Ağıllı qadın bütün dünyanı və ətrafı dəyişmək istəyəcək. Müdrik qadın isə ilk növbədə dəyişikliyi özünə tətbiq edəcək və insanları, ətrafı olduğu kimi qəbul edəcək.