Bir çox rejissorlar kiçik detallar vasitəsilə izləyicilərə mesaj verməyə çalışır. Bəzən kinomanlar belə bu mesajları gözdən qaçırır. Məsələn, “Zootopia” multfilmində xəritəyə yapışdırılmış fotoda canavarın Keanu Reevesi yamsıladığını çoxumuz bilmirdik. Bu mesajları üzə çıxarmaq isə xüsusi bir zövq verir deyilmi? Elə isə, gəlin birlikdə davam edək!

The Pursuit of Happyness

Sevdiyimiz filmdə əsas məqamı qaçırmışıq desək? Belə ki, filmin sonunda Chris Gardneri canlandıran Will Smithin yanından həqiqi Chris Gardner keçir. Filmdə elə məhz onun həyatı haqqında bəhs edir.

UP

Bu multfilmdə isə, diqqətlə baxdığımız zaman Carla məxsus olan əşyaların kvadrat, Ellieyə məxsus olan əşyaların isə dairə şəklində olduğunu görürük.

Spiderman


Filmin rejissoru bu səhnəni çəkmək üçün CGI komputer texnologiyalarından istifadə etmək istəmirdi və Tobias Maguire 156-cı dublda nəyahət bütün ərzaqları özü tutmağı bacardı.

Moana

Bəli, bəli. Moana multfilmində gördüyünüz xalça məhz Aladdinin xalçasıdır.

Coco

Bu ki “The İncredibles” multfilminin qəhrəmanlarıdır! Diqqət etmişdiniz?

Monsters vs Aliens

İndi isə generalın nişanəsinə diqqət edin. Bəli bu Şrekdir. Özüdür ki, var.