Komplimentlər deməkdən heç vaxt çəkinməyin. Münasibətə başlamadan öncə bir-birinə mədhiyyələr deyən cütlüklər sonradan susur. Gözəl sözlər eşitmək hər kəsin xoşuna gəlir. Buna münasibətin hər anında davam edin.

Sevdiyiniz insanla baş-başa qalın. Bəzən bütün dünya ilə əlaqələri kəsin, istəyirsiniz tətilə gedin ya da evdə oturun. Ancaq, bir neçə günü sadəcə özünüzə həsr edin. Hətta telefonu belə kənara atın.

Əsəbdən, hirsli sözlərdən uzaq olun. Duyğu və düşüncələrinizi ifadə edərkən diqqətli olun, hətta əsəbi olsanız belə. Çox gərgin anlarda sakitləşməyə çalışın, sonra müzakirəyə davam edin, mübahisəyə deyil. 🙂

Gözləmədiyi bir anda hədiyyə alın. Kiçik sürprizlər münasibəti daha dayanıqlı edər.

Bir-birinizin fikir və düşüncələrinə əhəmiyyət verin. Hər zaman eyni düşünməyiniz mümkün deyil. Hadisələri müzakirə edərək ortaq məxrəcə gəlin. Münasibətin iki nəfərlik olduğunu heç zaman unutmayın.

Üzr istəməyi bacarın. Hər hansı xətanız olduğu təqdirdə etiraf edin və üzr istəyin. Eqonu sevginizdən kənarda saxlayın.

Bir-birinizə azadlıqlar verin. Dostlarınızla görüşün, valideynlərinizlə vaxt keçirin və hətta tək qalın. Ayrı keçirdiyiniz vaxtlarınız olsun, daha çox darıxmağınız üçün.

Birlikdə yeniliklər edin. Yeni bir məkan, yeni sənət sahəsi… İlk dəfə birlikdə nələrsə etməyi yoxlayın. Bu əyləncəli və maraqlı olacaq. Bununla yanaşı münasibətinizə rəng qatacaq. 🙂

Ən əsası, qeyd olunanları hər iki tərəf etməlidir. Xoşbəxtliklər hər kəsə!