Biz elə bir dairəylə maraqlana bilərik ki, bu istər-istəməz bizə mənfi təsir göstərə bilər və həmin maraq dairəmiz orqanizmimizə arzuolunmaz ziyan verə bilər. Hər cür insan olduğu kimi yer üzündə o qədər də zövqlər və maraqlar mövcuddur və bunların hər biri də öz həddini aşanda insana yorğunluq, stress və hətta depresiya da gətirə bilər. İşləyirik, çalışırıq, gedirik, gəlirik – dincəlmək bilmədən vurnuxuruq və nəticədə orqanizmimizdə baş verən fəsadlarla qarşılaşmaq məcburiyyətində qalırıq. Nəinki, işləmək, hətta seçdiyimiz əyləncələr də bizləri yora bilər. Professorlar deyirlər ki, diskotekalara, səs-küylü pop musiqisinə, kompüterlərə olan hədsiz maraq bəzən insanı yükləmiş olur, hətta psixikanı da məhv edir, ən əsası da ki, cavan orqanizmləri.

Xarici ölkələrdə bəzi tibbi mərkəzlərdə psixiatorlarla bərabər musiqiçilər də çalışırlar. Belə ki, musiqiçilər də insanı müalicə edirlər. Sırf səslərlə- sənətlə, musiqiylə. Kimisi orda şəkil çəkir, kimisi isə musiqi dinləyir. Daha çox da klassik musiqi.

Musiqi ilə müalicənin həyatı daha qədimdən başlayıb. Belə ki, qədim Misirdə və Yunanıstanda həkimlər xəstələri səslərlə müalicə edirdilər. Qədim Çinlilər də deyirdilər ki, musiqi ilə bütün xəstəlikləri müalicə etmək olar, hətta xəstə üçün “musiqili reseptlər” də yazırdılar.

İlk dəqiq və ciddi araşdırmalar isə XIX əsrin sonlarında həkim-nevropotoloq Ceyms Korninq tərəfindən aparılmışdı və bu gün artıq musiqi terpiyası Amerikanın və Avropanın bir çox tibb mərkəzlərində istifadə olunmaqdadır.

Musiqi və sağlamlıq – bu anlayışlar bir-birinə çox yaxındır. Bu gün bir çox musiqiçilərin həyat və yaradıcılıqları ilə maraqlansaq görərik ki, onların çoxu nəinki muisiqiçi eləcə də həkimdilər. Elələri də bu iki sahəni bərabərləşdirərək bu sahədə dərindən məşğul olub, həqiqətən də musiqiterapiyasıyla insanları müalicəyə çağırıblar.

Alman həkimləri Münhendə adi müalicədən başqa xəstələrərə musiqiterpiyası da məsləhət görürlər, belə ki Betxoven, Motsart, Şopen, Bax və digər bəstəkarların əsərlərini dinləmək çox xeyirlidir.

Məşhur rus alimləri V.M.Bexterev, İ.M.Seçenov və başqaları da qeyd etmişdilər ki, musiqi əsəb sisteminə, tənəffüs orqanlarına, qan dövranına böyük təsir edir. Musiqilər arterial təzyiqi ya qaldıra ya da endirə bilərlər. Eləcə də nəbzi də sürətləndirə və ya zəiflədə də bilər.

“Изобретатель и рационализатор” (“İxtiraçı və səmərələşdirici”) jurnalının 1986-cı ildəki nəşrinin 5-ci sayında təcrübəli həkim A.R.Quskova öz musiqiterapiyası barəsində ətraflıca məlumat vermişdi. O deyirdi ki, musiqi vasitəsilə sidik axarından daşı sala bilir.

Əbəs yerə deməyiblər ki, musiqi ruha qidadır. Bir də deyirlər ki, gözəllik dünyanı xisal edəcək. Amma, bura əlavə etmək­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­olar ki, dünyanı gözəllik və həyat üçün incəsənət xilas edəcək. Bu yolda rəssamların, şairlərin, yazıçıların və musiqiçilərin əməyi böyükdür.

Musiqi ruhun qidası, xəstəliklərin dərmanıdır. Klassik musiqilər xəstəlikləri müalicə edir, beyni, ürəyi rahatladır. Musiqilər hər bir insana görə müxtəlif təsir gücünə malikdilər. Kiminsə kefini qaldıracaq, kimdəsə isə sakitlik, həzinlik…ən əsası budur ki, burda insan sakitləşəcək və hisslər də harmoniya təşkil edəcək.

Bütün dünyanı və ürəkləri fəth edən musiqiçilərin əsərləri bu gün sağlamlığımız üçün də xeyirli bir vasitədir. Və bu da həmin dahi şəxsiyyətlərin dahiliyini bir daha sübut etmiş olur.

Musiqinin insanda necə təəssüratlar yaratdığını və insanı sağaltdığını bu gün araşdırmalar da sübut edir. Amma biz özümüz də bunun şahidi ola bilərik. Məyər biz hansısa bir musiqini dinlədiyimiz vaxt hansısa bir hiss keçirmirikmi? Musiqi həqiqətən də canlı orqanizm üstündə güclü təsirə malikdir.

Vals.. Ştraus. İnsanda ruh yüksəkliyini qaldırır, insanın kefini qaldırır. Ştrausun valsını eşitdiyin vaxt sanki ürək sevinir. Hələ Betxovenin, Çaykovskinin, Şopenin, Baxın və başqalarının musiqilərindən və bu musiqilərlə qidalananlardan danışmıram…

Musiqi sədaları altında insan hisslərin əsirinə çevrilir. Musiqi sədaları altında biz oxuyuruq, oynayırıq, gülürük, şənlənirik.. Musiqi alətləri ən gözəl dərman vasitələridir desəm, zənn edirəm ki, burda da yanılmaram:

Klarnet qan dövranına müsbət təsir göstərir. Klarnetdə ifa olunan musiqi ürək-damar sistemini də normallaşdırır.Pianinoda ifa olunan musiqi həm insanı rahatladır, həm də qalxanabənzər vəzini təmizləyir. Nağara ürəyin ritmini bərpa edir, tənzimləyir, qan-damar sistemini qaydaya salır, onurğa sümüyü üçün də yararalı hesab olunur. Fleyta ciyərləri təmizləyir. Arfa ürəyin işini hormonlaşdırır. Violançel bağırsaqlara yaxşı təsir edir. Gitara ürək üçün xeyirlidir.Akkordion qarın boşluğunun işini aktivləşdirir. Saksafon ən “cazibədar (seksual)” alət hesab olunur. Çünki, seksual enerjini aktivləşdirir. Bundan əlavə saksafon böyrəklər üçün xeyirlidir. Skripkada ifa olunan incə melodiyalar isə insanda mərhəmət, xeyirxahlıq kimi hisslər oyadır.

 

“Şərqin min-bir sirri” kitabında belə deyilir:

Tar. Tarda çalınan musiqi yuxusuzluq malxulya (mеlanxoliya),  baş ağrısı, əsəb və əzələ spazmalarını  aradan götürmə gücünə malikdir. Tarda olan ifalar insanda sakit, fəlsəfi əhval-ruhiyyə yaradır, insanı vadar edir ki, o həyat barədə düşünsün. Bu alətdə ifa olunan təntənəli bir musiqi sakit və gümrah əhval-ruhiyyə əmələ gətirirsə, minorda səslənən musiqi insanı passivləşdirir və yuxuya aparır.

«Qabusnamə»-nin müəllifi (XI əsr) məsləhət görür ki, musiqi pərdələrini sеçərkən qulaq asanın məzacını nəzərə alsınlar: aşağı pərdələr (bəm) – sanqvinik (qanıqaynar) və flеqmatik (soyuqqanlı, laqеyd), yüksək pərdələr (zil) – xolеrik (tündməcaz, tеz hirslənənlər), orta pərdələr isə mеlanxolik (qəmgin, məyus) insanlar üçündür.

Kamança. Kamançada səslənən musiqi də müalicəvi təsiri güclüdür. O da öz növbəsində  əsəbləri sakitləşdirir, hal-əhvalı yaxşılaşdırır, mеlanxoliya və qəm-qüssəyə qarşı kömək еdir. Bu alətin incə səsi insanda lirik əhval-ruhiyyə, müsbət еmosiyalar yaradır, ətraf təbiətin gözəlliyini daha incə hiss еtməyə və ona qiymət vеrməyə kömək еdir. Bu alətin еcazkar səsində Şərq mədəniyyətinin incə özünəməxsusluğunu dərk еtmək olar. Orta əsrlərdə kamança timsalında olan musiqi alətindən bəhs еdən Sultan Əli Xorasani «Dəsturül-əlac» (1527 il) əsərində qеyd еdir ki, əsəbləri sakitləşdirmək və yuxusuzluğu aradan qaldırmaq üçün simli alətlərin ifasında yaxşı bir musiqiyə qulaq asmaq lazımdır.

Ney. Nеyin incə səsi də əsəbləri sakitləşdirir, gərginliyi və yorğunluğu alır və yaxşı yuxu gətirir. Nеy, əksər hallarda, insanda sеvinc, sakitlik yaradır, təbiətdən həzzalmağa təhrik еdir, bəzən isə fəlsəfi düşüncələrə aparır. Qamışdan hazırlanan nеyi hələ qədim Misirdə tanıyırdılar. Bu alətin təsviri bizim еradan əvvəl XIV əsrdə tikilmiş Misir sərdabilərinin divar rəsmlərində saxlanılır. Tütək Azərbaycan xalqının ən çox sеvdiyi alətlərdən biridir. Sadə xalqın sеvimlisi olmaqla bərabər, o, əsrlər boyu kubar, aristokrat mühitində, şah saraylarında da sеvilirdi.

Ud. Babalarımız hеsab еdirdilər ki, udun səsi baş ağrısı və mеlanxoliya üçün əla vasitədir, əzələ spazmalarını götürür, güclü sakitləşdirici təsirə malikdir…”

Maraqlıdır, elə deyilmi? Vibrasiyalar, səslər – bunlar hər biri özündə xeyir daşıyır. Hər şey öz ritmində gedir. Bu ritm musiqinin ürəyi olduğu kimi, bizim orqanizmimiz üçün də az önəm daşımır. Bizim də hər bir orqanımız öz ritmində davam eləməlidir. Bu pozulduğu zaman isə xəstəliklər yaranır. Biz də musiqinin ritminin köməkliyi ilə öz orqanlarımızın ritmini bərpa edə bilərik. İndi yapışmışıq depressiya, əsəb, yuxusuzluq, ağrıkəsici dərmanlarından. Orqanizmimiz kimyəvi maddələrin hücumuna buraxırıq. Demirəm ki, dərmanlardan istifadə olunmasın. Xeyir, yeri gəldiyində həkimə də müraciət etməliyik, amma bütün günü oturub hər şeyə görə dərman içmək də ziyandır. Bir yerə xeyri varsa, digərinə də ziyanı var. Buna görə də çalışaq ki, dərmanlardan çox istifadə etməyək. Musiqi dinləyək, musiqi)) Musiqiyə qulaq verin və siz də başa düşəcəksiniz ki, cana necə də istilik, sakitlik yayılır.

Sevdiyimiz işlə məşğul olaq,  gülək, dinləyək, oxuyaq, oynayaq… Yaşayaq, sağlam yaşayaq!

Sevimli musiqi ürəyi sağlam saxlayır Merilend Tibb Məktəbindən olan tədqiqatçılar izah etmişlər ki, sevimli musiqi səslənən zaman insanın keçirdiyi emosiyalar qan damarlarının fəaliyyətində özünü müsbət şəkildə göstərir. 3 il əvvəl ABŞ Kardioloqlar Assosiasiyasının elmi sessiyasında alimlər ürəyin fəaliyyətinə gülüşün müsbət təsir etdiyini bildirmişdilər. İndi onlar öz tədqiqatlarının bundan heç də az əhəmiyyətli olmayan digər tərəfini də təqlid etmişlər.  

Merilend Tibb Məktəbi nəzdində ürək xəstəliklərinin profilaktikasının tədqiqat şöbəsinə rəhbərlik edən professor Maykl Miller bildirir ki, o, musiqini dinləyənə qədər və ondan sonra ürəyin müxtəlif fəaliyyətlərindən, həmçinin ürəyin müxtəlif mahnılara – kədərli, şən, oynaq və s. mahnılara reaksiyasından heyrətə gəlmişdir. Tədqiqatların gedişində 10 nəfərdən ibarət sağlam, siqaret çəkməyən könüllülər qrupundan bir neçə həftə onlarda müsbət emosiyalar yaradan musiqi dinləməyi xahiş etmişlər. Həkimlər nəticələri müqayisə edərək müəyyən etmişlər ki, sevimli musiqini dinləyəndən sonra musiqisevər insanın damarı, orta hesabla, demək olar ki, 26 faiz genişlənir. Eyni zamanda həyəcanlı musiqi dinləyən zaman qan damarları 6 faiz daralır.  

Millerin fikrincə, bu, insanın gündəlik həyatında ürək xəstəliklərinin müalicəsi üçün primitiv strategiya üsulu ola bilər.

Nə düşündünüz?
Like
Love
Haha
Wow
Sad
Angry