Üzgüçülük paltarları satan bir şirkət, keçən il onlardan alış-veriş edən müştərilərinə avtomatik mesajla təşəkkür etmişdi. Sonra isə minlərlə cavab almışdı, çünki müştərilər, göndərilən avtomatik mesaja dönüş edib, təşəkkür etmişdi.

Beləcə şirkət daha da irəliyə gedərək kiçik bir müştəri qrupuna əl yazısıyla yazılmış qeydlər göndərməyi sınamışdı. Nəticələr təəccübləndirici və xoşbəxtlik verici idi. Kart göndərilən müştərilərin yarısından çoxu eyni il ərzində markanın saytını ziyarət edib, yenidən alış-veril reallaşdırmışdı.

Sizə cavab verən müştəri kütləniz varsa, iş həyatında müvəffəqiyyətə çatmağınız daha da asan olacaqdır.

Amma müştəriləri əldə tutmaq göründüyü qədər asan deyil. Hədəf kütlənizi və müştərilərinizi daha yaxşı tanımaq üçün yeni yollar tapa bilərsiniz. Məsələn, Spotify, həftəlik yenilənən playlist siyahısını kəşf etmişdir. Bu playlistdə öz bəyəndiklərinizdən ibarət bir siyahı hazırlayıb, yadda saxlaya bilirsiniz. İstifadəçilərin 71%i bunu etmişdir.


Müştərilərinizə, unutduqlarını göstərin.
Müştərilərinizə nə üçün sizin xidmətinizə ehtiyac duyduqlarını göstərin. Tez-tez müştərilərinizə öz markanızla bağlı yeni xəbərlər hazırlayın.


Alış-verişi əyləncəli edin.
Bəzi markalar müştərilərini alış-veriş etdikdən sonra müxtəlif tətbiqlərə, oyunlara istiqamətləndirərək aralarında daha möhkəm bir bağ qurur. Bu oyunların sonunda qazanan insanlar üçün isə endirimlər və pulsuz alış-verişlər hədiyyə edir. Bu tərz oyunlarla müştərilərin təkrar geri gəlməsini təmin edəcəyinizdən əmin ola bilərsiniz.


Bir cəmiyyət, təşkilat yaradın.
İstehlakçılar və ya müştərilərinizi bir arada saxlamaq və sizlərə təkrar dönmələrini təmin etmək üçün onları bir araya gətirməyi sınamalısınız. Məsələn çəki atmaqlarını təmin edəcək bir məhsul satırsınız və ya fitness salonunuz var. Müştərilərinizi bir araya gətirən danışıqlar təşkil edib, burada kütlənizin əldə etdiyi müvəffəqiyyətləri bir-birlərinə izah edib, bir-birlərini motivasiya etmələrini təmin edə bilərsiniz. Beləcə sizdən ayrılmaları daha çətin olacaqdır.


Anlayışlı və düşüncəli olun.
Şirkətlər, markalar, müştərilərinə sürprizlər etməli və onları sevindirməlidir. Sosial şəbəkələrdə müştəriləriniz tərəfindən yazılan təklifləri, şərhləri və tənqidləri nəzərə alıb, ona istiqamətli addımlar atın. Ucuz hərəkətlər etməyin və müştərilərinizə qiymətli olduqlarını hiss etdirin.