1. Qaçışla günün istənilən vaxtında məşğul olmaq olar, lakin səhərlər qaçmaq daha faydalıdır. Çünki bu zaman həm bədənimiz oyanır, həm də maddələrə mübadiləsi artıq günün əvvəlindən nizamlaşdırılır. Səhər erkən insanın qanında hormonların yüksək səviyyəsi olur. Qaçış isə hormonların bütün bədənimiz boyu bölgüsünü düzgün yerbəyer olmasına yardım edir. Ağır iş günündən sonra qaçmaq insana stress və gərginlikdən azad olmağa, enerjilərimizi bərpa etməyə və rahat yuxuya keçməyə kömək edəcək.

    2. Qaçışla məşğul olan insanların qanında oksigen tutumu çoxalır. Məşq olunmuş ürək bir dövr ərzində məşq olunmamış ürəyə nisbətən daha çox qan dövr etdirir. Qan dövranı sürətlənəndə isə qanda oksigenin həcmi də artır. Bütün toxuma və orqanlara oksigenlə və qidalı maddələrlə zəngin qan daxil olur.

    3. Qaçış stresslə mübarizədə ən yaxşı vasitələrdən biridir. Yorğunluq və gərginlikdən azad olmaq üçün yaxşıca tərləmək lazımdır. Qaçış isə bu məsələnin öhdəsindən əla gəlir.

    4. Müddətli məşqlərdən sonra qanda xüsusi hormon ifraz olunur – endorfin. Bu hormon həm də “xoşbəxtlik hormonu” adlandırırlar. Beləki, endorfin hormonunun konsentrasiyası qanda artdığı zaman insan yüngül eyforiya halı keçirir, depressiya azalır, yox olur.

    5. Əqli imkanlar yüksəlir. Əksər hallarda qaçış zamanı insanlar hansısa məsələnin, problemin həllini tapır. Bu təsadüfi hal deyildir. Beləki, aktiv məşqlər zamanı qanda oksigen çoxalır, maddələr mübadiləsi sürətlənir. Bunun nəticəsi olaraq mərkəzi sinir sistemi və beynin fəaliyyəti aktivləşir.

    6. Sistematik olaraq qaçışla məşğul olanda immunitet güclənir. Qaçış prosesi zamanı qanda xolesterinin miqdarı azalır, iştah nizamlanır, bağırsağın funksional tənzimlənməsi baş verir. Bütün bunların hesabına insanın bədən kütləsi normal ölçü və sağlamlığını bərpa edir.