Ciddi ağrı və narahatlıq zamanı həkimə müraciət etmək şərtdir. Yüngül ağrılar hiss etdiyiniz anlarda faydalana biləcəyiniz məsləhətlər isə bunlardır:

  • Boğazınızda ağrı hiss etdiyiniz zaman ilıq duzlu su ilə boğazınızı yaxalayın.
  • Diş arğısına qarşı mixək çeynəyin.
  • Yüngül yanıqlar zamanı yaranın üzərinə aloe şirəsi çəkmək məsləhət görülür.
  • Başınız ağrıyan zaman isə 1 dilim limon çeynəyin.
  • Soğan doğrayarkən gözlərinizin qıcıqlanmasının qarşısını almaq üçün soğanın qabığını soyduqdan dərhal sonra soğanı yuyun.
  • Əlinizi kağızla kəsdiyiniz zaman, ağrını kəsməyə gigiyenik dodaq boyası kömək edəcək.
  • Ağcaqanadın dişlədiyi nahiyədə şişkinliyi və qaşınmanı aradan qaldırmaq üçün ağ sirkədən istifadə edin.
  • Hıçqırığı dayandırmağa isə kəskin dadlar kömək edər: çox turş, çox şirin və ya çox acı ərzaqlar.