Qida yalnız sağlamlığa, əhval-ruhiyyəyə və vücüdumuzun formasına deyil, həm də beynimizin işləməsinə də təsir göstərir. Məsələn, yağlı qida yaddaşı  və qavramanı zəiflədir. Xoşbəxtlikdən beynimizin işləməsinə yaxşı təsir göstərən bir sürü qida məhsulu da mövcudur. Odur ki, əvvəlki qədər effektiv işləmirsinizsə, istefa verməyə təsləməyin. Yaxınlıqdaki marketə yollanın və səbətə aşağıdakı qida məhsullarını atın:

Qəhvə 

Sirr deyil ki bir fincan qəhvə orqanizmi oyandırır və gümrahlıq verir. Bu necə baş verir? Kofein yorğunluq və yuxu gətirən adenozini blok edir. Bundan əlavə kofein diqqəti cəmləməyə kömək edir və beynin siqnalları sürətlə qəbul etməsinə təkan olur.

*Məsləhət: Kofein asılılıq yaratdığı üçün ərzində 1-2 fincandan artıq qəhvə içmək məsləhət görülmür.



Qoz-fındıq

İşlədiyimiz zaman beynimiz gücə düşür və enerji sərf edir. Vitamin və minerallarla zəngin qoz-fındıq isə beynimizi enerji ilə təmin edir və yaddaşı gücləndirir. Bundan əlavə, onun tərkibində olan maqnium stresin yaranmasının qarşısını alır.

*Məsləhət: qoz-fındıq bol kalorili qidadır. Bu səbəbdən də onu yalnız təbii şəkildə, yəni duzsuz və şəkərsiz qəbul etmək məsləhət görülür. Gündəlik tələbatdan daha artığını istehlak etmədiyinizdən də əmin olun.



Boranı tumu

Beynimizin işləməsi üçün maqnium, dəmir və sink şərtdir. Bütün bu maddələri özündə birləşdirən qida məhsulları isə boranı tumudur. Maqnium zehni və yaddaşı gücləndirir, sink neyronları aktivləşdirir, dəmir isə informasiyanı daha yaxşı qavramağa kömək edir. Bu maddələrin azlığı beynin işləməsini ləngidir və yaş ötdükcə Alzheymer xəstəliyinə gətirib çıxarır.

*Məsləhət: boranı tumları eynilə qoz-fındıq kimi yüksək kalorili qidadır. Gündəlik norma 25-30 q təşkil edir.



Tünd şokolad

ABŞ-da 968 nəfərin iştirakı ilə sınaq keçirilmişdir. Sınaq zamanı bir qrup iştirakçı şokolad yeyir, digər qrup isə yemirdi. Hər iki qrupa eyni tapşırıqlar verilirdi. Nəticədə şokolad yeyən insanlar tapşırıqların öhdəsindən asanlıqla gəlmişdir.



Göyəm

Göyəm ona rəng qatan antosian antioksidanının vasitəsilə beynimizi yaşlanmadan qoruyur. Sözü gedən maddə bir çox giləmeyvələrin tərkibində var.

Məlumat sizə necə təsir bağışladı?
Like
Love
Haha
Wow
Sad
Angry
You have reacted on "Nə yeyək ki, yaxşı işləyək?" A few seconds ago