İndiki dövrdə gözəllik vasitələri o qədər çoxdur ki, seçim arasında qalanda tərəddüd edir, qərar verməyə çətinlik çəkirik. Keçmiş zamanda isə, nənələrimizin barmaqla sayılacaq qədər təbii gözəllik vasitələri vardı. Və onların hamısı effektiv olmaqla yanaşı, həm də hər cibə uyğun idi. Onlardan bir neçəsini sizinlə bölüşürük.

Related image

Kəpəkdən azad olmaq üçün aspirindən istifadə edin. Bəli, bəli. Kəpək bir növ göbələk xəstəliyidir və asetilsalisilik asit onun inkişafını dayandırır. Baş dərisini kəpəkdən azad etmək üçün hər dəfə şampununuza 2 əzilmiş aspirin dərmanını əlavə edin və 2 həftə boyunca başınızı bu üsulla yumağa davam edin. Related image

Saçlarınızın ipək və sağlam olması üçün saçlarınızı yuduqdan sonra onları alma sirkəsi ilə yaxalayın. Saçlarınızın daha yumşaq və parlaq olduğunu görəcəksiniz. Related image
Yuxusuz gecədən sonra gözlərinizin altında qara torbalar yaranıbsa, kartofu yumru formada dilimləyib, dilimləri göz altlarınızda 15 dəqiqə saxlayın. Related imageQara nöqtələrə son qoymaq üçün bu reseptdən istifadə edin: 1 ç. q. bal, 1 ç. q. un və 1 ç. q. suyu qarışdırın. Pambıq diskini alınan kütləyə batırıb, problemli yerdə 10-15 dəqiqə saxlayın.Related imageSızanaqlardan qurtulmağa aloe bitkisi kömək edər. Aloe yarpağını iki yerə bölüb, içlik hissəsini sızanağın üzərində bir neçə dəqiqə saxlayın. İltihab aradan qalxacaq. Related image
Sızanaqlara qarşı effektiv vasitələrdən biri də limondur. Limon şirəsini və suyu 1:1 nisbətində qarışdırın və problemli yerə çəkin. Dərinizin vəziyyəti 1 gecəyə qaydasına düşəcək.

Related imageƏtrin qalıcılığını artırmaq üçün onu soyuducuda saxlayın. Related imageAllıq seçərkən dəri tonunuza uyğun allığı seçməyə biləyiniz kömək edəcək. Biləyinizi çimdikləyin. Dərinin aldığı rəng mükəmməl allığınızın rəngidir.