1950-ci ildə 1950-ci ildə Sovet injenerləri Xəzərin Azərbaycan hissəsində  neft platformaları qurmağa başlayırlar .Bunlar 100-ıərlə kilometrələri birləşdirən neft şəbəkəsi idi. Orada 5000 nəfərlik yaşayış üçün yer, kinoteatr ,park, sport kompleks və s. olmuşdur. Vaxt keçdikcə neft ehtiyyatları burada tükənmiş və bu yer köhnə nostolgiyaya çevrilmişdir

1999-cu il Ceyms Bond-un filmi bu platformalarda çəkilmişdir.

 

1941-ci ildə artıq ildə 175 milyon barel neft istehsal olunurdu. Almanların ikinci dünya müharibəsində Bakıya olan maraqları bununla bağlı idi

 

Müharibədən sonra mühəndislər neft daşlarına gəlirlər. 7 noyabr 1949-cu ilin axşamında dənizin dibindən 1100 metrdən yüksək keyfiyyətli neft əldə edə bilirlər. Bu suda platforma vasitəsi ilə əldə olunan ilk neft idi

 

Bundan sonra hər şey qaydasına düşür. 200-dən çox platforma və onları birləşdirən 300 kilometr-dən çox uzanan yol və körpülər salınır. Neft daşlarının yaranması ilə dünyada neft tankerlərinin tikintisi başlayır. Neft daşlarının özünün futbol meydançası, çörək bişirilən yeri, kitabxanası, 300 yerlik kinoteartı, bağı, bağçası, parkları da olmuşdur

Bura işçilər üçün Utopiya idi (real həyatda mövcud olmayan mükəmməl məkan) .  Neftçilər üçün 10 il cənnət məkan olmuşdur, çünki sonra neftin keyfiyyəti düşür

 

İndi Neft daşlarının çox hissəsi uçulub dağılıb, lakin sizi təəcübləndirmək istərdik. Orada hələ də yaşayan və işləyənlər var. Cuzi maaş alsalar da hələ də orada yaşamağı üstün tuturlar

Bir zamanlar bu yeri tropik kurorta çevirmək fikirləşilsə də, bu fikir olaraq qaldı. Mütəxəsislərin fikrincə hələ 20 il də buradan neft çıxarıla bilər,lakin infrastruktura üçün 10 il vaxt var. Lazımı təmir görülməzsə, 5 ildən sonra neft daşları xəzər dənizinin dibində ola bilər

Nə düşündünüz?
Like
Love
Haha
Wow
Sad
Angry