Psevdo ölkə britaniyalı leytenant Roy Beyts tərəfindən neft platformasının üzərində qurulub. İngiltərə ordusunun keçmiş leytenantı Roy Beyts 1967-ci ildə Böyük Britaniyanın yaxınlığındakı neft platformalarından birini zəbt edərək, orada “Siland” adı verdiyi ölkəsini qurub. Britaniya Kral Donanması leytenantı adadan uzaqlaşdırmağa səy göstərsə də platformadan açılan xəbərdarlıq atəşinə məruz qalan donanmanın əsgərlərinin cəhdi uğursuzluqla nəticələnib.

Sonradan həbs edilən leytenantın məhkəmə işində hakimlər hadisənin İngiltərə sərhədlərindən kənarda baş verdiyini bildirərək, Roy Beytsi sərbəst buraxıılması barədə hökm çıxarırlar. 1974-cü ildə Britaniyanın Konstitusiya məhkəməsinə müraciət edən leytenant dövlətin simvolu olan bayraq, milli marş və Silend dollarının qəbul edilməsinə nail olur.

Özünü Silend şahzadəsi adlandıran keçmiş hərbçinin ölkəsi heç bir dövlət tərəfindən tanınmayıb. Maraqlıdır ki, 550 kvadratmetr əraziyə malik olan dövlətdə çevrilişə belə cəhd edilib. Belə ki, leytenantın platforma-dövlətdə olmadığından istifadə edən Beyts ailəsinin üç üzvü vertolyotla platformaya gələrək, leytenantın oğlunu mətbəxə həbs edirlər. Bundan xəbər tutan şahzadə Roy dərhal “ölkəsinə” gələrək, hakimiyyəti yenidən ələ keçirir. Çevrilişə cəhd edənlərin ikisi ölkədən kənarlaşdırılır, biri isə Silend vətəndaşlığından çıxarılır.