Neqativ düşüncəli insanlarla ünsiyyət qurmağın 7 yolu

151

Onları tanıyırsınız. Bəlkə də onlarla işləyirsiniz, yaşayırsınız. Daim şikayətlənirlər, tənqid edirlər, daim kimlərisə günahlandırırlar. Bu tərz insanlar dünyaya daim neqativ tərəfdən baxırlar, amma nə olusa olsun, həyatımızın bir parçası olan bu cür insanlarla yaşamağı və bunun öhdəsindən gəlməyi öyrənməliyik. Ünsiyyət qurduğumuz müddət ərzində nəzakətli və sakit davranmalıyıq ki, bu tərz insanlarla dialoqumuzu davam etdirə bilək. Bu səbəbdən neqativ düşüncəli insanlarla ünsiyyət qurmağın 7 yolunu sizin üçün topladıq.


Empati ilə yaxınlaşınBir adamın sizinlə danışarkən birbaşa neqativ rəftar etdiyini hiss edirsinizsə, onun narahat olduğu bir mövzu olduğunu düşünün və ağrılarını dərinləşdirməmək üçün başqa bir mövzuya keçin. Bütün səmimiyyətinizlə üzgün olduğunuzu ifadə edən cümlələr qurub dərhal sonra müsbət bir tutum əks etdirib, dialoqunuzu pozitiv istiqamətə çevirməyə çalışın.


Xoş sözlər söyləyin Mənfi insanların mənfi tutumları güc qazanmadan onların bu cür mənfiliklərlə nə qədər gözəl mübarizə apardığını söyləyin və onları tərifləyin. Məsələn, “Bu problem daha çox böyümədən öhdəsindən gəlməyin möhtəşəmdir!” kimi cümlələr qura bilərsiniz. Beləcə dialoq daha müsbət bir istiqamətə çevrilmiş olacaqdır.


Dərdini, problemini paylaşNeqativ olan yoldaşınızın, dostunuzun hansı səbəblə bu qədər neqativ düşüncəli biri olduğunun, hekayəsini bilirsiniz. Sizin də yaşadığınız buna bənzər bir hekayəni və buna necə həll etdiyinizi danışın və ağrısını yüngülləşdirin, dərdini paylaşdığınızı göstərin.


TəkrarladınQarşınızdakı adamın söylədiklərini özünə təkrar etdirdiyinizdə əks təsir ilə nələr söylədiyini düşünməyə başlayacaq və qarşı tərəfdə necə bir təsir buraxdığının fərqinə varcaqdır. Daha əvvəl test edilmiş və təsdiq edilmiş bir üsuldur. “Sən bunu mu deyirsən, yoxsa mən mi səhv anladım?” kimi cavablarla qarşı tərəfin özünü sorğulamasına kömək edə bilərsiniz.


Kömək etməyi təklif edinHəyatında bir şeylərdən şikayətçi olan və mızmızlanan insanların çoxu əslində mızmızlandıqları insanlardan kömək tələb edirlər. Onları tək başına köməksiz buraxsanız özlərini o mənfi düşüncələrinin içində itirə bilərlər. Sizin yardımınız sayəsində ən azından mənfi fikirdən müsbət bir fikrə yönələ bilər.


Mövzunu dəyişin Qarşınızda duran neqativ düşüncəli dostunuzun problemini öyrəndikdən sonra müsbət bir mövzu başlığına keçin və qarşınızdakı dostunuzun mənfiliklər içərisində dolanmasına icazə verməyin. “Bu həftə kinoya bu film gəlib, izləməyə gedək mi? Həftə sonu nə edək?” kimi fərqli mövzu başlıqları seçin.


Mübahisə etməyi rədd edinBu tərz insanların səslərindən və eyni şikayətlərindən yorulmusunuzsa aranıza bəzi sərhədlər qoyun və ünsiyyətinizi müəyyən sərhədlər çərçivəsində davam etdirin. Səs tonunuz müzakirəyə bağlı və sakit olsun. Diplomatik və neytral olun. Birlikdə olduğunuz zamanların hamısını onların mənfi sözlərinə xərcləməyin. Fikirlərinizi daima sual vasitəsilə yönəldin. “Elə deyilmi? Maraqlanırsanmı?” kimi… Әgər işdəsinizsə, sənin vəziyyətinə çox üzüldüm amma indi bitirməli olduğum bir iş var kimi ifadələrdən istifadə edib, işinizə qayıdın.

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂

Şərh bölməsi: