Netflix dünya tarixinin ən uğurlu və ən böyük multimedia şirkətidir. Netflix istifadəçilərinin sayı 2018-ci ildə 120 milyona çatmışdır.

Şirkət 1997-ci ilin avqust ayında Kaliforniyada Reed Hastings və Marc Randolph  tərəfindən qurulmuşdur. Netflixin xidmətinə o zamanlar DVD-lərin kirayəsi daxil idi. Distklər yalnız ABŞ sakinlərinə poçt vasitəsilə göndərilirdi.

Kinomanların cənnəti Netflix haqqında ən maraqlı faktları sizinlə paylaşırıq:

  • Netflix şirkəti Google şirkətindən 1 il böyükdür.
  • 18 il əvvəl Netflix rəqib şirkət olan Blockbuster tərəfindən 50 milyon dollara alınmaq üzrə idi. Netflixin hazırki qiyməti isə 20 milyard dollardan yüksəkdir.
  • 2015-ci ildə Netflix 50 ölkədə var idi. İndi isə 200-dən çox ölkədə var.
  • Netflix şirkətinin xidmətlərinə hələ də DVD kirayəsi daxildir.
  • Statistikaya görə bir Netflix istifadəçisi öz hesabında gün ərzində ən az 90 dəqiqə vaxt keçirir.
  • Netflix kitabxanası 1,048,576 qiqabayt həcmindədir.
  • Şirkətinin adı Direct Pix, Replay və ya Luna ola bilərdi.