6 yanvar 2016-cı ildən etibarən azərbaycanlı istifadəçilər üçün də xidmət göstərməyə başlayan Netflix online olaraq telefon, kompüter və televizorlarınızdan tək profillə Netflix’in arxivində olan videoları izləmək imkanı yaradır. Xidmət ilk ay üçün pulsuz olacaqdır, ancaq daha sonra Basic, Standart və Premium paketlərindən birinə abunə olmalısınız. Bu məşhur platformada ilk ay pulsuz istifadə etmək üçün buradan qeydiyyatdan keçə bilərsiniz.


1. Narcos

Narcos Netflix’in xüsusi olaraq hazırlamış istehsalları arasındadır. Dünyanın ən böyük narkotik qaçaqçısı Pablo Escobar’ın həyatından bəhs edir. Heç bir şeyi yox ikən etdiyi qeyri-qanuni işlər ilə sərvətini artırmış Pablo’nun arxasına düşən dedektif Steve Murphy ilə sərgüzəştlərini nəfəsimizi tutaraq izləyəcəyiniz.


2. Sense8

Fantastika sevərlər bəyənərək izləyəcəyi Sense8 dünyanın 8 fərqli yerində yaşayan və sirrli bir şəkildə bir-birləriylə əlaqələri olan 8 ayrı adamın həyatından bəhs edir. 8 fərqli yer demişkən sıralayaq: Buralar Birləşmiş Krallıq, Seoul, Mumbai, Nairobi, Berlin, Mexico City, San Francisco və Chicago’dur. Hər hissədə buralarda yaşayan bir qəhrəmanı yaxından tanıdarkən, bu 8 adamdan bəziləri bir araya gəlməyə çalışarkən, bəziləri isə bir-birini öldürməyə çalışır.


3. Orange Is The New Black

Bu serialımız narıncı paltarlarla doludur, çünki serialdakı bütün hadisələr həbsxanada cərəyan edir. Piper CHAPMAN 10 il əvvəl kollecdən tanıdığı narkotik satıcısı Alex üzündən həbs olunması və bir neçə illiyinə həbsə düşməsiylə biz də dəmir barmaqlıqların arxasına daxil oluruq və oradakı müxtəlif qəhrəmanlarla dostluqlar quraraq hər şeyi ən başdan sorğulayırıq.


4. Daredevil

Həqiqi adı Matt Murdock olan Daredevil, gündüzləri vəkillik edir, gecələri isə Daredevil xarakteriylə günahkarlarla mübarizə aparır.


5. Jessica Jones

Daredevil’i izləyənlər bunu da mütləq izləməlidir! Jessica Jones kimyəvi sızma nəticəsində yaranan qeyri-insani bir gücə və müqavimətə, səs sürətinə yaxın sürətlərdə uçma qabiliyyətinə sahibdir. Serial ərzində onun pis insanlarla mübarizələrini və macəralarını izləyirik.


6. Marco Polo

Tarixi serial sevənlərdənsinizsə Marco Polonu mütləq izləməlisiniz. 1254-ci ildə Venesiyada başlayan nağıl kimi Marco Polo səfərini izlədiyimiz serialın nəhəng büdcəylə, möhtəşəm dekorasiya və kostyumlarla çəkildiyini söyləyib, spoiler vermədən sıradakı seriala keçək.


7. House of Cards

Siyasi mövzulu serial sevməyənlər belə mübtəlası edən House of Cards’da güc və iqtidar üçün nələrin edildiyini izləyirik.


8. Bloodline

“Biz pis insanlar deyilik, amma pis bir şey etdik” deyən bir ailə düşünün. Ailənin üz qarası olan böyük oğul Danny geri döndükdən sonra ailənin pis, qaranlıq sirləri də ortaya çıxacaqdır.


9. Hemlock Grove

Bir az da qorxu sevənlərin zövqünü oxşayaq. Normal bir cinayətlə başlasa da hadisələr zənciri serial irəlilədikcə daha da fövqəltəbii bir hal alacaqdır. Qatili tapmaq isə o qədər asan olmayacaqdır.


10. Master of None

New Yorkda yaşayan 30 yaşlı aktyor “Dev” in fərdi və peşə həyatını mövzu alan serialın sevəni çoxdur, ona görə komediya janrını sevirsinizsə bu seriala mütləq şans verməlisiniz.


11. Unbreakable Kimmy Schmidt

Ellie Kemper’ın baş rolda olduğu bu serial da komediya janrındadır. 15 ilin ardından bağlı olduğu təriqətdən qaçan Kimmy’nin macəralarına hazır olun.


12. Arrested Development

Zəngin ikən kasıblaşan Bluth ailəsinin əyləncə dolu çilələri bir yana, qeyri-adi ailə fərdlərinə sonsuz xərclər etmədən necə yaşana biləcəyini öyrətmək məcburiyyətində qalan ata Corc Bluth’un çırpınışları sözün əsl mənasında möhtəşəmdir.


13. The Killing

Sonradan Netflix’ə keçən seriallardan biri olan The Killing cinayət və sirrlərlə zəngin bir qorxu serialının. Sarah Linden və Stephan Holder adlı iki polisin cinayət araşdırmaları qədər öz həyatlarındakı dramlar da serialı izlətdirən ən əhəmiyyətli elementlərdəndir.