Nikolas Sparks Dünya tərəfindən tanınmış məşhur Amerika yazıçısı xristianlıq, sevgi, faciə və insan münasibətləri taleyi mövzusunda yazılan romanların müəllifidir. Onun çapdan çıxmış 18 əsəri var. Hesablamaya görə dünya üzrə 80 milyon kitabı (onlardan 50 milyondan çox ABŞ-da) 45 dildə nüsxədən çıxmışdır. Bu dəfəki film siyahımızda Nikolasın Sparksın əsərləri əsasında çəkilmiş filmlər yer alır (spoilersiz).

Dear John (Sevgili Con) Sevgili Con filmi 2010-cu ildə çəkilmişdir. Filmdə əsgərin kollec tələbəsinə vurulmasından və onların sonrakı taleyindən bəhs edilir. Döyüşlərə gedən əsgər  IMDB balı 6.3-dür.

The Longest Ride (Ən uzun gəzinti) – 2015-ci il ABŞ istehsalı olan bu filmdə süjet xəttində digərlərindən fərqli olaraq, bir deyil iki cütlüyün sevgi macərası ekranlaşdırılmışdır. Keçmiş matador Luke və sevgilisi Sophie təsadüf nəticəsində Ira və Ruth cütlüyünün sevgi tarixçəsi ilə tanış olurlar. Filmdə sevgi, sevgi üçün fədakarlıqdan bəhs olunur. IMDB balı isə 7.2-dir.

Safe Haven (Sevgi Limanı) – Nikolas Sparksın müəllifi olduğu növbəti filmin baş qəhrəmanı sirli keçmişi olan gənc qadındır. Köçdüyü yeni məkanda yeni macəralar onu gözləyir… Film 2013-cü ildə təqdim olunmuşdur, IMDB balı 6.7-dir.

The Lucky One (Şanslı biri) – 2012-ci ildə ekranlaşdırılmış “The Lucky One” filmi Logan adlı gənc əsgərin başına gələn hadisələrdən bəhs edir. Bir fotoşəklin onu ölümdən xilas etdiyini düşünərək, onun sahibini axtarmağa başlaması macəranı daha da artır. IMDB-də film 6.5 balla qiymətləndirilmişdir.

Last Song (Son mahnı) – 2010-cu ildə çəkilmiş bu film Nikolas Sparksın 2009-cu ildə yazdığı eyni adlı əsəri əsasında ekranlaşdırılmışdır. Filmdə iki yeniyetmənin tanışlığı və sevgisi öz əksini tapır. Bu filmin IMDB-də balı digərlərinə nisbətən aşağıdır, 5.9 bal.

The Best of Me (Ən yaxşı xatirəm) – Dawson və Amanda məktəb illərində bir-birlərinə vurulan, lakin yolları ayrıldıqdan sonra bir daha görüşməyən iki köhnə sevgilidir. Məktəb illəri bitmiş və aradan 20 il keçmişdir. İndi ən sevdikləri dostlarından birini itirmiş, cənazə mərasimi üçün birlikdə böyüdükləri qəsəbəyə geri dönürlər. İllər sonra yaşanan bu böyük görüşmə, bu müddətdə ağıllarından çıxara bilmədikləri böyük sevgilərini yenidən alovlandırmağa yetər. Ancaq 20 il əvvəl yaxalarını buraxmayan, ayrılmalarına səbəb olan güclərin bu gün çox daha böyük təhlükələr yaratdığı gerçəyiylə qarşılaşırlar. Film 2014-cü il istehsalıdır, IMDB-də 6.6 balla qiymətləndirilib.

Message in a bottle (Şüşədəki məktub) – Film 1998-ci ildə çəkilmişdir. Başqa melodramlardan fərqli süjet xəttinə malikdir. Qarret Bleyk həyat yoldaşının ölümündən sonra özünə gəlməyə çalışır. O, yaxta tikib tənha bir yolculuq haqqında xəyal edir. Bu zaman məhşur bir qəzetin redaktoru Tereza Osborn okean sahilində şüşədə olan bir məktub tapır. Bu məktubun müəllifi isə məhz Qarret Bleykdir. Film IMDB-də balı 6.2-dir.

 A Walk to Remember (Xatırlanacaq gəzinti) – Bu film izlədiyiniz ən romantik və təsirli melodramlar siyahısında mütləq olmalıdır. Bir yanda özündən razı, varlı ailənin oğlu, qızların sevimlisi olan gənc bir oğlan, digər yanda isə sakit, başıaşağı, dərslərinə diqqət edən sadə bir gənc qız… Və bir gün hadisələr elə dəyişir ki, əvvəllər bir-birinə zidd xarakterdə olan bu iki insan bir-birin dəlicəsinə sevir. Film 2002-ci il ABŞ istehsalıdır, IMDB balı isə 7.4-dür.

The Notebook (Yaddaş gündəliyi) – Vəə son olaraq ən sevdiyim film olan “The Notebook” filmini qeyd etmək istəyirəm. Filmin süjet xətti digərlərindən tamamilə fərqlənir. Bu film heç şübhəsiz ki, sevgini ən gözəl ifadə və təsvir edən filmdir. Ən təsirli melodram deyildikdə ilk ağlınıza bu film gələcəyini düşünürəm, izləməmisinizsə elə indi baxa bilərsiniz. Noah və Allienin bu hekayəsi sevginin əbədiliyini sizə nümayiş etdirəcək. Filmin süjet xəttindən yazıb həyəcanı qaçırmaq istəmirəm. IMDB balı 7.9-dur, 2004-cü il ABŞ istehsalıdır.

Əziz oxucular, sevdiyiniz melodramları bu postda şərh olaraq bildirməyi unutmayın. Xoş seyrlər! 🙂