Nobel laureatlarından bir neçəsi barədə danışası olsaq, bunlardan biri Laurens Braggdır. O, Nobel tarixində mükafata layiq görülən ən gənc laureatdır. Atası ilə birlikdə fizika üzrə Nobel mükafatı alarkən onun cəmi 25 yaşı olub və bu hadisə 1915-ci ildə baş verib. Bunun əksinə olaraq, dünyanın ən yaşlı nobelçisi Leonid Hurvikzdir. 90 yaşlı Leonid 2007-ci ildə iqtisad elmləri üzrə mükafata layiq görülüb. Dünyanın ən uzun ömürlü Nobel laureatçısı isə 1986-cı ildə fiziologiya və tibb elmi üzrə mükafata layiq görülən  Rita Levi-Montalcinidir. Bu xanım  2010-cu il 22 aprel tarixində 101 yaşını qeyd etdi.        

    Nobel mükafatları tarixi də bir sıra maraqlı məqamlarla zəngindir. Dünya tarixində iki Nobel laureatı özü şəxsən bu mükafatdan imtina edib. Onlardan biri Jan-Paul Sartredir. J.Sartre 1964-cü ildə ona təqdim edilən Nobel ədəbiyyat mükafatından imtina edib, bunun səbəbi isə onun bütün rəsmi təltiflərdən xoşlanmamasıdır. Digər görkəmli insan Le Duc Thodur. O, 1973-cü ildə Nobel sülh mükafatına layiq görülsə də, Vyetnamda mövcud olan müharibə vəziyyətinə görə ondan imtina edib, lakin Nobel mükafatlarından imtina bununla bitmir. 4 Nobel laureatı da onlara təqdim edilən mükafatlardan imtina edib, ancaq bu dəfə səbəb tamam başqa idi. Belə ki, faşist lideri Adolf Hitler öz qəribəliyini burada da göstərib. A.Hitler 3 alman nobelçisini – kimya üzrə Nobel laureatları Richard Kuhnu (1938), Adolf Butenandtı (1939), fiziologiya və tibb üzrə laureat Gerhard Domagkı  layiq görüldükləri mükafatlardan imtinaya məcbur edib. Sonradan onların bəzisi Nobel mükafatının diplomu və medalını əldə etsələr də, mükafatdakı  məbləği ala bilməyiblər. 1958-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən Boris Pasternakı isə bu mükafatdan imtinaya vətəndaşı olduğu Sovetlər Birliyi məcbur edib.

    Bütün bunlara baxmayaraq, bəzi laureatlar bir neçə dəfə, yaxud da bir neçə sahə üzrə Nobel mükafatına layiq görülüblər. Bunlardan Qırmızı Xaç Komitəsi Nobel sülh mükafatını  üç dəfə əldə edib. Amerikalı alim J. Bardeen (1956 və 1972)  fizika üzrə Nobel mükafatını, ingilis mütəxəssisi F. Sanger (1958 və 1980) kimya üzrə Nobeli,  BMT-nin Qaçqınlar üzrə Ali Komissiyası (UNHCR) Nobel sülh mükafatını iki dəfə qazanıb. Milliyyətcə polyak olan M.Küri 1903-cü ildə fizika və 1911-ci ildə kimya üzrə Nobel mükafatlarını əldə edib. Amerikalı alim L.Pauling də iki fərqli sahə üzrə mükafatla qiymətləndirilib. Lakin Linus Pauling yeganə insandır ki, iki tamamilə fərqli, aidiyyəti olmayan sahə üzrə – kimya (1954) və sülh (1962) Nobel mükafatlarına layiq görülüb.

    Qeyd etməliyik ki, bəzi “ailəvi Nobel laureatları” da var. Mariya Küri, Villiam Bragg, Artur Kornberg, Jan Tinbergen buna misal ola bilər.

Nə düşündünüz?
Like
Love
Haha
Wow
Sad
Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here