Skandinaviya ölkələri hər zaman marağımızı cəlb etmişdir. Norveç, İsveç, Finlandiya həmişə getmək, yaşamaq istədiyimiz ölkələr siyahısının əvvəlində gəlir. Bu səbəbdən, bu ölkələr haqqında demək olar ki, hər şeyi bildiyimizi zənn edirik. Norveç haqqında çoxumuzun bilmədiyinə əmin olduğumuz 26 maraqlı məlumatı sizinlə paylaşırıq.

Qeyd: Xahiş edirik, Norveç haqqında aşağıdakı maraqlı məlumatları oxuyarkən, yaşadığınız yerlə müqayisə etməyin. Nəticəsi sizin üçün ağır ola bilər. 🙂

1. Pişikləri boynundan tutmaq qadağandır. Bu qaydaya əməl etməsəniz haqqınızda məhkəmədə iddia açılıb, pul cəzası ala bilərsiniz.


2. Hər yerdə spirtli içki tapa bilməzsiniz. Norveçdə hər şəhərdə bir neçə dənə olan və “Vinmonopolet” adı verilən dükanlardan spirtli içki ala bilərsiniz.


3. İçkili halda avtomobil idarə edənlərə həbs cəzası verilir. Norveçdə içkili halda sükan başında tutulsanız; 30 gün həbs cəzası, 1 illik sürücülük vəsiqəsinin alınması və aylıq gəlirinizin 10% -i qədər bir cəzaya məhkum olarsınız.


4. Bazar günləri alış-veriş edə bilməzsiniz. Norveçdə bazar günləri supermarketlər bağlı olur. Mütləq şəkildə bir şey almalı olsanız, bu ehtiyacınızı benzin stansiyalarındakı dükanlardan qarşılaya bilərsiniz.


5. İsveçdən alış-veriş edərlər. Norveçdə xüsusilə qida məhsullarının qiymətləri çox yüksək olduğu üçün norveçlilərin bəziləri bu ehtiyaclarını İsveçdən qarşılayırlar.


6. Norveçdə irili xırdalı 450,000 göl vardır.


7. İtləri qısırlaşdırmaq qadağandır. Hər hansı bir sağlamlıq zərurəti yoxdursa, ya da heyvanın həyat keyfiyyətini artırmayacaqdırsa Norveçdə itinizi qısırlaşdıra bilməzsiniz.


8. Norveçdə 20,000 km uzunluğunda sahil vardır. Norveçlilər hər yerə yüksək mərtəbəli göydələnlər tikməyə hələ kəşf etməyiblər.


9. Olduqca sakit xalqdır. İkinci Dünya müharibəsindən bu yana Norveçdə öldürülən polis sayı 10’dur.


10. Krallıqla idarə olunan digər ölkələrin kralları “king of Great Britain”, “King of Sweden”, “King of Denmark” şəklində adlandırılarkən, Norveçdə bu ünvan, ölkənin krala deyil də, kralın ölkəyə aid olduğunu göstərmək üçün “Norway s King” olaraq adlandırılır.


11. Əslində Suşinin vətəni Norveçdir. Yaponlara Somon balığından suşi hazırlamağı 80-ci illərdə öyrədən Norveçlilərdir.


12. Bir çox ünsürüylə keyfiyyətli bir ölkədir. 2014-ci ildəki həyat keyfiyyəti indeksinə görə Norveç həyat standartı ən yaxşı olan ölkədir.


13. Xizəklə bağlı olan idman növlərinin vətəni Norveç hesab olunur. Xizək mənasını verən “ski” sözü Norveçdə “odun parçası” mənasını verir.


14. İnsanları nə qədər zəngin olsada dünyada qaz qiymətlərinin ən yüksək olduğu ölkə Norveç’dir. Galonu 10 dollardır.


15. Bir çox ölkə iddia etsə də, Afrika ilə Antarktikanın tam ortasında olan, üzərində canlı yaşamayan, buzla örtülü “dünya üzərindəki ən kimsəsiz ada” olaraq tanınan Bouvet Adası Norveçə aiddir.


16. İnsan Haqqları mövzusunda dünya standartlarının üstündədirlər. Norveçdəki hər məhkumun hücrəsindən internetə girmə, jurnal oxuma hüququ vardır.


17. Sənətə, sənətçiyə dəyər verən ölkədir. Norveçdə bir kitab nəşr etdirsəniz, ölkə daxilindəki kitabxanalara göndərmək üçün hökumət 1000 nüsxə satın alacaqdır.


18. Norveç kralı V. Olav, avtobus və metrolardan istifadə edib, bilet pulunu da öz cibindən ödəyirdi.


19. Norveç Kralı Herald, ömür boyu evlənməmək üçün and içsədə bir tacirinin qızı ilə evlənmiş, onu kraliçası etmişdir.


20. Norveçdə 12 yaşından kiçik uşaqların reklamlarda oynaması qadağandır.


21. 1814-1905-ci illərində İsveç və Norveç tək krallıq idi.


22. 2000-ci ildə Norveç 24.5 km-lik dünyanın ən uzun tunelini insanların istifadəsinə açmışdır.


23. Norveç təhsilə olduqca yüksək dəyər verir. Norveç universitetləri hər kəs üçün pulsuzdur, hətta xaricilər üçün belə.


24. Norveç, 2017-ci ildə FM radioları tamamilə bağlayaraq, rəqəmsal yayıma keçməyi planlaşdıran ilk ölkədir.


25. Norveçin orijinal adı, “Şimal Yolu” mənasını verən “Nordweg” dir.



26. Heyvanları çox sevirlər. 2008-ci ildə Norveçdə bir pinqvinə cəngavər ünvanı verilmişdir.

Nə düşündünüz?
Like
Love
Haha
Wow
Sad
Angry