Gizli bilgilər anlamını verən Okkultizm, latın sözü olub “gizləmək”, “saxlamaq” mənasını verən “occulare” söz kökündən gələn “okkultus” (gizli) sözündən götürülmüşdür. Ümumilikdə, okkultizm keçmişdən bu günə, bu gündən gələcəyə mövcud olmuş, olan və olacaq müəmmaların açıqlanmasında xüsusi bir bilgi mənbəyidir və gələcəkdə daha da zənginləşəcəkdir.

Okkultizm, özündə bir neçə sirli bilgiləri cəmləmişdir və bu bilgilərin istər qorunub saxlanılmasında, istərsə də açıqlanmasında xüsusi əhəmiyyətli yer tutur. İlkin başlanğıcda Qərbdə, Avropada yaranıb formalaşan Okkultizm, sonradan bütün dünyada məşhurlaşan gizli bilgilər mənbəyi kimi tanınan bilgilər toplusuna çevrilmişdir.

Okkultizmin içinə aldığı bilgilərdən Magiya (cadu və cadugərlik), Astrologiya (nücum elmi), Numerologiya (rəqəmlərin sirri), Simvolizm (simvolların sirri), Teologiya (ruhi varlıqlar) kimi bilgilər xüsusi yer tutur.

Okkultizm, həm elmin həm də dinin açıqlaya bilmədiyi müəmmaların açıqlanmasında vasitələrdən sayılır.