Tənbəllik əslində genlə keçən xəstəlikdir. Yəni siz tənbəl deyil, bir azca xəstəsiniz. Bunu bilirdinizmi? Bilmədiyiniz daha 11 fakt sizin onları oxumağınızı gözləyir!

1. Saturn və yupiterdə almaz yağışı yağır.

2. Söyüş ağrıkəsici təsir göstərir.

3. iPhone, Harry Potter kitabları və kubik-rubik dünyanın ən çox satılan məhsullarıdır.

4. “Mona Liza” bir neçə il Napaleon Bonapartın yataq otağını bəzəyib.

5. Nepalın meşələrində olan arıların yaratdığı bal fərqlidir. Bu bal insanda qarabasmalara yol aça bilər.

6. Dahi fizik Eynşteynin son sözləri heç kəsə məlum deyil, çünki ölüm zamanı onun yanında olan tibb bacısına alman dili yad idi.

7. İsti duş qəbul edərkən və yarımsaat gəzintidən sonra eyni miqdarda kalori yanır.

8. Ağıllı telefonları zaryadkaya qoyduğumuz zaman çox az miqdarda elektroenerji sərf olunur. Ödəniləcək məbləğ ən çox 1$-dır.

9. Elmi araşdırma zamanı alimlər insan orqanizmində axmaqlıq virusu (ATCV-1) aşkar etmişdir. Bu virus su ilə keçir. Virusun daşıyıcıları məlumatları daha gec qavrayır və diqqətini cəmləməkdə çətinlik çəkir.

10. Utandığımız zaman orqanizmimiz adrenalin ixrac etməyə başlayır. Bu hormon qan dövranını gücləndirir. Bu səbəbdən də yanaqlarımız və ən maraqlısı, mədəmiz də qızarır.

11. İnsan DNT-si ilə bananın DNT-si arasında 50% oxşarlıq var.