Çirkli əllər.

    Əllərin daimi olaraq yuyulması vərdişi Hollandiyada 18-ci əsrdən sonra başlamışdır. Buna qədər əlləri yumaq bir qeyri-adilik, hətta dəlilik kimi dəyərlənidrilirdi. 

    Paltar yuyulması.

    Bu prosedur daimi deyildi və cəmi ildə bir neçə dəfə keçirilirdi. Yuyucu vasitə qismində qələvi, çay suyu və sidikdən hazırlanmış məhluldan istifadə olunurdu.

    Sidiklə yaxalanma.

    Sidiyi təkcə yuyucu vasitə kimi deyil, həm də kosmetik vasitə kimi istifadə ediridlər. Bir sözlə, sidiklə yaxalanırdılar.

    Qoxulardan ibarət komuflyaj.

    Paltarlar ildə cəmi bir neçə dəfə yuyulduğuna görə onlardan çox pis qoxu gəlirdi. Xüsusilə də alt paltarlarından. Qoxunu ört-basdır etmək üçün qoxulardan, ətirlərdən istifadə edirdilər.

    Ölü heyvan hissəciklərindən istifadə.

    Həmin dövrdə süni qaşlar dəbdə geniş yayılmışdılar. Süni qaşların hazırlanmasında xammal kimi siçan tükündən istifadə olunurdu.

    Yandırma.

    Açıq yaraların təcili bərpası və differensasiyası üçün yaraları qızıdırılmış əşyalarla yandırırdılar. Düzdür, bu texnika bəzən faydalı olurdu, amma əksər hallarda bu prosedurdan sonra xəstənin amputasiyaya ehtiyacı yaranırdı.

    Tualet.

    Ümumiyyətlə, tualet anlayışı yox idi. Hamının çarpayısının altında kiçik qab olurdu. Orta əsr adamları bu qabın içinə bütün təbi ehtiyaclarını ödəyirdilər. Bəzən qablar günlərlə çarpayının altında qalıb təmizlənmirdi vaxtı-vaxtında.

    Çimmək.

    Təmiz su ilə çimmək nadir hallarda mümkün olurdu. Bir neçə adam eyni vanna suyundan istifadə edərək özünü “təmiz” hiss edirdi.

    Antisanitariya.

    Həmin dövrün “dəbli” xanımları saçlarına ördək yağı vururdular. Bu isə dəridə bir çox infeksion xəstəliklərə yol açırdı.

    Hirudoterapiya.

    Hirudoterapiya – zəli ilə müalicə üsuludur. Orta əsrlərdə zəliləri demək olar ki, bütün xəstəliklərin müalicəsində istifadə edirdilər: adi soyuqdəymədən tutmuş xərçəngə kimi. Buna görə də insanlar çox vaxtı yoluxucu xəstəliklərə tutulub ölürdülər.