Yanlışlıq: Çimmək, duş qəbul etmək olmaz. Həqiqət: Olar. Sadəcə, başı bütünlüklə suyun altına salmaq (suya baş vurmaq)
olmaz. 
 
Yanlışlıq: Ağız suyunu
(tüpürcəyi) udmaq olmaz. 
Həqiqət: Oruc tutan şəxsin ağız suyunu udmasında heç bir
məhdudiyyət yoxdur. 
 
Yanlışlıq: Ağzı yaxalamaq və dişləri təmizləmək olmaz. Həqiqət: Olar. Sadəcə, diqqət etmək lazımdır ki, su boğazdan aşağı getməsin. 
 
Yanlışlıq: Orucluq vaxtı toy-bayram keçirtmək olmaz. 
Həqiqət: Mübarək ayda toy etməklə bağlı heç bir məhdudiyyət yoxdur.Məhdudiyyət, hər zaman olduğu kimi, haram məclislərə və bunlara xas atributlaradır. 
 
Yanlışlıq: Namaz qılmayan oruc
tuta bilməz. 
Həqiqət: Bunlar – 2 müxtəlif vacib əməllərdir. Lakin,
onlardan birinin yerinə yetirilməsi digərinin yerinə
yetirilməsindən asılı deyil və bununla şərtlənmir. 
 
Yanlışlıq: Səhvən nəsə
yeyəndə və ya içəndə oruc pozulur və onu artıq davam etmək gərək deyil. 
Həqiqət: Səhvən nəyisə yemək və içmək orucu pozmur. Amma, oruc
tutduğunuzu xatırladığınız anda dərhal qida və maye
qəbulunu dayandırmaq və qida qalığını ağız boşluğundan xaric etmək gərəkdir. 
 
Yanlışlıq: Oruc tutan iynə və peyvənd vura bilməz. 
Həqiqət: Bilər.Məhdudiyyət
yalnız qidanı əvəz edən iynələrə, məsələn, qlükozaya
aiddir.