Bildiyimiz kimi, “Oscar” mükafatı hər il nominasiyalar üzrə ən yaxşılara təqdim olunur. Sizə 2017-ci ildə Oscar namizədliyində olan filmləri təqdim edirik. Bir neçə xarici saytlara istinad edərək, ehtimal olunan filmlərin adlarını açıqlayırıq. 🙂

Silence 10126118-0-d11580dd240fd381a3478a136dfe5695TaxiDriver, The Departed, Shutter Island və The Wolf of a Wall Street kimi filmlərin rejisoru olan Martin Scorsesenin növbəti filminin hekayəsi 1966-cı ildə çap olunan eyni adlı kitabdandır. Andrew Garfield və Adam Driver’in baş rollarda olduğu “Silence” iki yezuit rahibin xristianlığı yayma mübarizəsindən bəhs edir.



Manchester By The Sea 10126118-2-13e0a75b7d64d8acbff74f8cc839dec7Keneth Lonergan’ın üçüncü uzunmetrajlı filmi “Manchester By The Sea” atasının ölümündən sonra qardaşı oğluna baxmağa məcbur olan Lee’nin həyatından bəhs edir. Baş rollarda Casey Affleck və Michelle Williams yer alır.

Live By The Night 10126118-4-13e0a75b7d64d8acbff74f8cc839dec7

Ben Affleck ve Zoe Saldana’nın baş rollarını paylaşdığı film bir qanqsterin həyatından bəhs edir. 2017-ci ilin yanvar ayında kinoteatrlara gələcək filmin komandasında Elle Fanning, Scott Eastwood, Sienna Miller və Brendan Gleeson kimi rəngli aktyorlar var.

Loving14925277_993483800775172_4796297949347491479_n

Jeff Nicholsun rejissorluğu ilə çəkilən film sadə, realistdir və insanın hisslərinə toxunur. Loving bundan əvvəl Kann festivalında “Qızıl Palma” üçün də yarışmışdı.

La La Land 10126118-3-13e0a75b7d64d8acbff74f8cc839dec7Ryan Gosling və Emma Stone-un baş rollarda ifa etdiyi film Oskar Mükafatlarının ən güclü namizədlərindən biridir. La La Land’ın dekabr ayının sonlarında kinoteatrlara gəlməsi gözlənilir.

Hacksaw Ridge article-lead-wide9958216191mk8tjimage-related-articleleadwide-729x410-ggvwvn-png1430954381593-jpg-620x349Mel Gibsonun rejisoru olduğu Hacksaw Ridge üçün Teresa Palmer, Vince Vaughn və Sam Worthington kamera qarşısına çıxdı. Tarixdə ilk dəfə əsgər olmaqdan imtina edən Demons T. Dossun hekayəsindən bəhs edən film Oskar yarışında iddialıdır.

Hidden Figures 10126118-7-a2e535437c7c1a74cdf04518146750f2
NASA tərəfindən aparılan kosmos araşdırmalarında iştirak edən üç qaradərili qadının həyatından bəhs edən filmdə son aylarda məşhurlaşan Taraji P. Henson, müğənni Janelle Monae də rol alır. Digər filmlərlə necə yarışacağı mübahisəli olsa da siyahıya əlavə etməkdə yarar var.


Qeyd: Bu filmlərdən əlavə, fikrimcə, “Collateral Beauty” filminin də Oscar namizədləri sırasında olması lazımdır. Will Smithin baş rol aldığı filmdə azyaşlı qızını itirmiş ata məktub yazır. Ancaq onun məktubları real şəxslərə deyil, zamana, sevgiyə və ölümədir və həmin məfhumlar onun məktubuna cavab olaraq gəlirlər… Adı çəkilən filmlərə baxmağınızı tövsiyə edirik. 🙂