Atasız böyümək çətindir, lakin yanınızda sizə hər zaman dəstək olan güclü bir ananız varsa, bu çətinliyi aşmaq sevgiylə dolu bir həyat dərsinə çevrilir. Güclü bir anadan öyrənə biləcəklərimiz sərhədsizdir. Həyatla və sevgiylə bağlı onda tapdıqlarımız pulla satın alına biləcək şeylər deyil… Bu məqaləmizdə uşaqlarını tək başına böyüdən güclü bir anadan öyrənə biləcəyiniz 10 möhtəşəm şeyi sıraladıq.

    1. Müstəqil yaşamağın dəyərini öyrənərsiniz.
     Sizin həyatınızı xilas edəcək, ya da sizə gözü kimi baxacaq birinə ehtiyacınız yoxdur. Qısaca, başqa birinə ehtiyac duymadan da dopdolu və gözəl bir həyat yaşaya biləcəyinizi öyrənərsiniz.


    2. Qarşılıq gözləmədən sevməyin nə olduğunu öyrənərsiniz.
     Ananız sizi böyüdərkən gəncliyini sərf etməsinə baxmayaraq bir dəfə belə bu vəziyyətdən şikayətlənməyib. Sizə baxarkən özündən çox şey gedib bəlkə də, amma hər zaman pozitiv və xoşbəxt idi.


   3. Özünüzü sevə bilməyi öyrənərsiniz.
    Həyatınıza pis təsir edə biləcək şeylərdən asanlıqla uzaqlaşa və bütün dünya sizə qarşı çıxsa belə istədiyiniz yolda irəliləməyi öyrənərsiniz, çünki hər kəsdən əvvəl siz özünüzü çox yaxşı tanıyırsınız.


   4. Yeri gəldiyi zaman sərt, yeri gəldiyi zaman isə yumşaq qəlbli olmağı öyrənərsiniz.
    Siz xəstə olduğunuz zamanlarda sizə nə qədər yaxşı baxdığını xatırlayın. Dünyanın ən mehriban anasıdır, lakin sevmədiyi bir vəziyyətlə qarşılaşanda necə özündən əmin və sərt hərəkət etdiyini də xatırlayın. Siz də onunla yaşayaraq bu xüsusiyyətini qazanma şansını əldə edərsiniz.


  5. Güclü biri olmağı öyrənərsiniz.
Çətin vəziyyətlərlə üzləşməyi öyrənərsiniz. Sizi öldürməyən şeyin sizi gücləndirdiyini anlayarsınız.

  6. Keçmişinizə qalib gəlməyi öyrənərsiniz.
“Əgər belə olmasaydı nələr olardı” deməməyi öyrənərsiniz. Arxaya deyil, yalnız irəli baxmağı, keçmişinizə qalib gəlməyi öyrənərsiniz.

  7. Səbrli olmağı öyrənərsiniz.
Səhv etdiyiniz anlarda belə, ən sonda hər şeyin düzələcəyini bilərək səbr etməyi öyrənərsiniz. Sabahın yeni bir gün olduğunu unutmaz və fırtınaların hər daim gəlib keçəcəyini bilərsiniz.


  8. Necə xoşbəxt ola biləcəyinizi öyrənərsiniz.
Ananızı izləyərək çətin bir həyatda belə necə xoşbəxt ola biləcəyinizin fərqinə vararsınız. Çiyinlərinizdə dünyanın ən ağır yükü olsa belə necə xoşbəxt qala biləcəyinizi öyrənərsiniz.



    9. Sevgiylə bağlı hər zaman sizdən daha çox şey bildiyinin fərqinə vararsınız.
     Hər keçən gün yaşadığınız həyat sizə yeni şeylər öyrədir. Böyüdükcə ananızın dəyərini daha çox anlar və sevgiylə bağlı nəsihətlərinin nə qədər doğru olduğunu anlayarsınız.


  10. Necə yaxşı bir valideyn olmağı öyrənərsiniz.
   Bir valideyinin uşağını necə yetişdirməli olduğunu anlayarsınız. Yalnız olsanız belə… Sevginizi necə göstərməli olduğunuzu və necə qarşılıqsız sevə biləcəyinizi öyrənərsiniz.