Özünə inam insanın özünə güvənməsi deməkdir. Birinə etibar etdiyiniz zaman “mən sənə güvənirəm!” deyərsiniz. İndi isə “özümə güvənirəm” demək vaxtıdır.

Hansı cəhətdən özünüzə güvənirsiniz? Özünə inamda “Edə biləcəyimə inanıram” mənası yatmaqdadır. Həll edilməsi lazım olan bir problemlə qarşı-qarşıya qalanda adam necə hiss edir? Problem istər stəkana su doldurub içmək qədər sadə, istər iflas etmək üzrə olan bir şirkətin rəhbərliyinə keçib işləri düzəltmək kimi mürəkkəb olsun, adam özünü necə hiss edir? Adam, “mən bu problemin öhdəsindən gələbilərəm, bu problemi həll edəbilərəm” duyğusuna sahibdirsə, bu adamın özünə inamı vardır. İnamla əlaqədar gözdən qaçırılmayacaq ən əsas istiqamətlərdən biri adamın hərəkətə keçməsidir. Yəni biri, “özümə güvənirəm” deməyə davam edərkən qolları çırmalamayıb problemi həll ilə əlaqədar hər hansı bir hərəkətə keçmirsə, adamın göstəriş üçün belə danışdığını, amma gerçəkdə özünə inamı olmadığını düşünürük.

Özünə inam insanın hərəkətə keçməsini atəşləyən əsas duyğudur. Özünü inkişaf etdirmək istəyən, etdiklərindən tam tətmin olmayan, istədiyi xüsusiyyətdə danışan, daha yaxşıya getmək istəyən insanların “özünə inam” a ehtiyacı vardır.

Özünə inamın inşası

Özünə inamı kiçikliyindən etibarən insan özü inşa edər, heç kim bu duyğunu onun üçün inkişaf etdirə və ya meydana gətirə bilməz. Mən bu yanaşmaya cütçü (fermer, kəndli, əkinçi) yanaşması deyirəm. Cütçü ağac yetişdirmir; ağacın yetişməsi üçün mühit hazırlayır, yetişmə və inkişaf ağacın özündə gizil güc olaraq yer alır.

Ana və ata övladının, müəllim şagirdinin, idarəçi işçinin özünə inamını inkişaf etdirəbilməz, edə biləcəyi tək şey adamın özünə inamını inşa edə biləcəyi bir fürsətlər mühiti hazırlamaqdır.

İndiyə qədər söylədiklərimizi yekunlaşdırsaq: özünə inam mən edə bilərəm duyğusudur və bu duyğu başqası tərəfindən insana verilə bilməz, insanın özünün bu duyğunu inkişaf etdirməsi, inşa etməsi lazımdır. Bu duyğu hər mühitdə inkişaf edəbilməz, ancaq müəyyən xüsusiyyətlərə sahib bir mühitdə inkişaf edə bilər. Xüsusilə də bizim kimi cəmiyyətlərdə özünə inamın uşaqlarda bu duyğunun inkişafı ilə bağlı bir tərbiyə və insanlarda- xüsusilə ailədə- bu anlayışın olmaması elə uşaq vaxtında bu duyğunun yetişdirilməsi üçün münbit şərait meydana gətirilməməsi cəmiyyətdə bu duyğudan xəbəri olmadan və yoxsun olan fərdlərin meydana gəlməsinə şərait hazırlayır. Şəxsi həyatın, fikrin, duyğunun- bir sözlə insanın bir dəyər olmadığı cəmiyyətdə bu kimi məsələlərin baş verməsi rahat, həll edilməsi isə olduqca mürəkkəb olur. Bu məsələləri həll etməyin yolu düşünmək, sorğulamaq, oxumaq, yazmaq və reaksiya verməkdən keçir. Sorğulamayan, düşünməyən, oxumayan və özünü inkişaf etdirmək istəməyən insanların nə özünə nə də başqalarına xeyri olar. Gəlin bu həftə həyatımızdakı hansısa möfhumu, fikri, adəti sorğulayaq və ətrafımızdakı dostlarımızla bunu müzakirə edək.

Harada yaşamasından asılı olmayaraq hər kəsə insan olaraq yaşamaq və insan olaraq ölmək təmannası ilə…