Niyə bəzi işləri etmək üçün müəyyən bir yerə, müəyyən bir saatda və müəyyən bir paltarla getmək məcburiyyətindəyik? Evimizdə, isti yatağımızda, pijamalarımızla işləsək olmazmı? Əgər doğru və uyğun bir işi seçsəniz niyə də olmasın?


İndi sizə bu tip bir şirkətdən bəhs edəcəyik. Bu şirkət sizə iş görüşməsi zamanı sual vermir, çünki işə başlar-başlamaz birbaşa işi verir. Şirkətin bir ofisi yoxdur və 230-a yaxın işçisi dünyanın 170 fərqli şəhərində yaşayır. Aralarındakı ünsiyyət üçün e-poçt belə istifadə etmirlər. Bəs nə edirlər? Gerçək həyatdakına bənzər şəkildə söhbət edirlər, chatlaşırlar ya da blog üzərindən xəbərləşirlər. Çünki bunlar bir çox Bloggerin blog yaza bilməsini təmin edən WordPress’i inkişaf etdirən şirkətin üzvləridir. Yəni internetdəki hər 4 web saytdan birinin işini təmin edən WordPress’in…





Yaxşı pijamaylamı çalışırlar? Bunu bilmirik.. Amma şirkət işçilərindən birinin yazdığı kitaba görə “şalvarsız” çalışdıqları qətidir: The Year without Pants – Şalvarsız bir il. Əhəmiyyət verdikləri məsələlərdən ən əsası müştəri məmnuniyyətidir. Kitabın yazarı şirkətdəki işinə başladıqdan sonra bir müddət “xoşbəxtlik mühəndisi” olaraq vəzifələndirilmişdir. Bu ünvan özünə “Chief Happiness Officer” deyən bir işçisini xatırlatdı. Yeni nəsil şirkətlərdə işçilərin də, müştərilərin də xoşbəxtliyi hər şeydən əvvəl gəlir.


Məsələn, “The Intern” filmində müştəri şikayətlərini dinləyən qəhramanımız əslində şirkətin qurucusu və idarəçisidir. Yəni müdiri!.. Amma qurduğu təşkilatda özünü işçilərindən ayırd etmir. Ona görə iş yoldaşlarıyla yan-yana oturub onların etdiyi işi etməkdən də çəkinmir. Ya da şirkətinin içində velosipedlə gəzmək ona olan hörmətin azalmasına səbəb olmur.




Filmin bir az şişirtdiyinimi düşünürsünüz? O zaman birdə Mark Zuckerberg’in ofisinə baxaq… Əslində özünə aid bir otağı yoxdur. 12.000 işçisi olan və hər gün 1 milyarddan çox insanın istifadə etdiyi Facebookun qurucusu və müdirinin bir pişiyi belə yoxdur. Hər kəslə eyni mühitdə, eyni masa və kürsüdə çalışır. İclas otağının divarları şüşədəndir, çünki açıqlıq və şəffaflıq təşkilat mədəniyyətinin bir parçasıdır.



Bu gün hələ də bir çox yerdə hökm sürməkdə olan rəhbərlik anlayışı əslində keçən əsrdə icad edilmişdi. Sənaye çağında… Fabriklər, banklar kimi strukturların ehtiyaclarını qarşılamaq üçün ortaya çıxmışdı. Yəni bir-birinə bənzəyən və təkrarlanan işləri etmək üçün… O günlər üçün qurulan nizamı bu gün hələ də davam etdirməyə çalışanda isə ortaya belə bir mənzərə çıxır: İşçilərin% 70-i işindən nifrət edir. Xoşlanmadıqları məkanlarda çalışıb, uşaqlara belə tətbiq olunmayan mənasız qaydalara uyğunlaşmaq məcburiyyətində qalırlar. İçlərindəki yaradıcılıq və məhsuldarlıq isə yavaş yavaş ölür.



Deloitte’un 1982-ci ildən sonra doğulanlarla etdiyi araşdırmasına görə işçilərin 54%-i yəni yarısından çoxu iki il ərzində mövcud işlərini tərk etməyi düşünür, çünki işçilər öz işlərini görüb, lazımi zamanlar isə liderlik edə bilmək istəyir. Yalnız maaş almaq üçün deyil eyni zamanda həyatlarına, etdiklərinə məna qata bilmək üçün çalışmaq istəyirlər, çünki məlumat çağındayıq. Ən azından keçid edirik. Artıq yalnız çalışanlar deyil; həqiqətən bir şeylər kəşf edənlər, düşünənlər, dizayn edənlər, “maker” lar var.


Bunlar üçün “başqa bir şey” etmək lazımdır. Sizləri məhz bu başqa bir şeyi çox gözəl şəkildə həyata keçirən bir qrupla tanış etmək istəyirik. “Edelkrone” qrupuyla…



Yenidən bir kəşfə, sorğulamağa ehtiyacımız var. Eynilə burada illərdən bəri etməyə çalışdığımız kimi…


Edelkrone məhsulları inkişaf etdirən yenilikçi bir şirkətdir. Qurucusu Kadir Köymen’i illər əvvəl youtubeda paylaşmağa başladığı After Effects və Premiere Pro dərslərindən tanıyırdıq. Hal-hazırda isə praktik və funksional məhsullar istehsal edən bir firmanın rəhbəridir. Yalnız məhsulun, şirkətin özü deyil onu tanıtmaq üçün hazırlanan İngilis dilli web saytı və içindəki videolar ilk baxışdan diqqət çəkir. Firmanı biraz araşdırdıqdan sonra mərkəzinin Ankarada, qurucusunun da Kadir olduğunu öyrənib çox təəccüblənmişdik, amma bizi daha çox sevindirən Kadir və qrupunun istehsal proseslərini bir YouTube kanalından paylaşmağa başlaması olmuşdu.



YouTube kanallarında yalnız məhsulun inkişaf etdirilməsi müddətini görmürsünüz. Kəşf etmənin, düşünmənin verdiyi həyəcanı hiss edirsiniz. Bəlkə ofisdə pijamayla işləmirlər, amma videolarda işçilərin arasındakı əlaqəqəyə baxdığınız zaman ondan daha rahat olduqlarını görürsünüz. Yalnız məhsul inkişaf etdirmirlər. İdarə formasını, aralarındakı səlahiyyət bölgüsünü də inkişaf etdirirlər. Etdikləri işi yalnız pul qazanmaq üçün deyil, özlərinin və başqalarının həyatına məna qatmaq üçün də edirlər. Onların hekayələrini böyük bir həyəcanla təqib edir, sizə də tövsiyə edirik.



Dünya dəyişir. Nəsillər dəyişir. Paltarlar dəyişir. Bəzi işləri, başqa bir şeyləri etmək üçün istifadə vasitələri dəyişir. Hər işin evdən pijamayla edilməsi mümkün deyil, amma onsuz da biz də “pijamayla çalışmaq” deyərkən əslində yeni nəsil bir iş mədəniyyətinə vurğu etmək istəyirdik. İşi və həyatı balanslı davam etdirib, işini sevərək edib məhsuldar olmaq kimi… Etdikləri ilə digər insanları və özünü xoşbəxt etmək kimi…



Mənbə: Barış Özcan